Yuxarı

"Bu həkim ildə bir neçə nəfəri öldürür" - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranlı estetik cərrah Sirus Qoçhanini "Milana" hospitalından qovmuşdum. O, ildə az qala neçə nəfəri bu günə qoyur.

Qaynarinfo xəbər verir ki, bunu Leyla Şıxlınskaya klinikasında çalışan cərrah Rafiq Dəmirçalov Bakıda modelin estetik əməliyyatından sonra ölməsinə münasibət bildirəkən deyib.

Feysbuk səhifəsində yazan cərrah bildirib ki, baş vermiş hadisədə günahkar həkimdir. Sirus Qoçhani ilə bir yerdə işlədiyini, onu yaxşı tanıdğını qeyd edən Rafiq Dəmirçalov hesab edir ki, ölümə səbəb həkim səriştəsizliyi səbəb olub:

"İranlı estetik cərrah Sirus Qoçhaninin əməliyyat etdiyi 22 yaşlı model dünyasını dəyişdi. Burada ölümə səbəb əsasən həkim səriştəsizliyidir. Əvvəla gənc, həm də model olan bir qızı əməliyyata alarkən onun valideyinləri ilə məsləhətləşmə aparılmalı idi. Bunu etməyiblər. Pula görə belə işlər görmək olmaz. Mən özüm "Milana" hospitalda direktor olanda Sirus Qoçhani mənim işçim idi. Neçə dəfə mən onun əməliyyatını dayandırdım. Kassanın pulunu ödətdirmədən xəstəni əməliyyata alır. Olmaz. Bax belə şeylərə görə mən onu "Milana" hospitaldan qovdum. Sirus Qoçhani ildə az qala neçə nəfəri bu günə qoyur".

Baku.vs əməkdaşı cərrahdan məlum hadisə ilə bağlı münasibət öyrənməyə çalışıb. Sirus Qoçhaninin köməkçisi bildirib ki, həkim baş vermiş hadisə ilə bağlı hələlik açıqlama vermək istəmir.

"Hazırda tibbi ekspertiza gedir. Yalnız bundan sonra mətbuata açıqlama veriləcək", - cərrahın köməkçisi bildirib.

Plastik və estetik cərrah Siruz Qoçhani Tehranda Şəhid Behşidi adına Tibb Elmləri Universitetində tibbi təhsil aldığı bildirilir. Məlumata görə, o, 2002-2006-cı illərdə Almaniyada estetik lazer kursunu bitirib.

Xatırladaq ki, İyunun 23-də "Zəfəran Hospital"da Siruz Qoçhani adlı həkim tərəfindən liposaksiya əməliyyatı edilən 22 yaşlı Leyla adlı qız iki gün sonra ölüb.

Siruz Qoçhaninin fotolarını təqdim edirik:

Tarix
2017.06.26 / 16:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla