Yuxarı

XİN-dən Lapşinə oxunan hökmlə bağlı - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aleksandr Lapşinin azadlıqdan məhrum edilməsi barədə məhkəmə hökmü ilə ədalət təmin olundu.

Bu barədə Trend-ə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev A.Lapşin barəsində məhkəmənin qərarı ilə hökm çıxarılmasına münasibət bildirərkən deyib.

H.Hacıyev qeyd edib ki, Azərbaycan hüquqi dövlətdir və məhkəmənin qərarına hörmətlə yanaşılmalıdır: "Birinci instansiya məhkəməsinin qərarı ilə A.Lapşinin 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb və ədalət təmin olunub".

O əlavə edib ki, istintaq və məhkəmə prosesində A.Lapşinin bütün hüquqları təmin olunub: "Həmçinin konsulluq münasibətləri haqqında Vyana Konvensiyasına uyğun olaraq A.Lapşinin vətəndaşlığını daşıdığı ölkələrin konsulluq nümayəndələrinə də onunla təmaslar üçün bütün lazımi şərait yaradılıb.

Fürsətdən istifadə edərək, əcnəbi ölkə vətəndaşlarını Ermənistanın propaqanda alətinə çevrilməməyə, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərdən və işğal olunmuş ərazilərdə qeyri-qanuni əməllərdən kənar durmağa çağırırıq".

XİN rəsmisi bildirib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı aparılan fəaliyyətlərin, işğal olunmuş ərazilərimizdəki qeyri-qanuni əməllərin qarşısının alınması istiqamətində qəti və zəruri milli və beynəlxalq hüquqi təqib xarakterli addımlar bundan sonra da davam etdiriləcək.

Tarix
2017.07.20 / 17:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makron bundan zəif görünə bilməzdi - Britaniya mediası

Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer - Video

Latviya parlamentinin sədri Bakıya gəldi

İslamzadənin təyinatının səbəbi: Bu proses tamamlandı

Hacıyev Sülh İnstitutunda ABŞ-la tərəfdaşlığıı müzakirə etdi

Zakir Həsənov polkovniki işdən çıxartdı

Zəngilanın yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Prezident və xanımı Zəngilan məscidinin açılışında

Onlar İsa Qəmbərin müavini oldu, Arif Hacılı isə...

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla