Yuxarı

Ali məktəblərdə təhsil haqları artırıldı? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

BDU-da bu tədris ilindən etibarən bütün fakültələr üzrə təhsil haqları 100-500 manat artılıb.

Axar.az xəbər verir ki, bunu təhsil üzrə ekspert Kamran Əsədov özünün Feysbuk səhifəsində yazıb.

“Xəzər Universitetində təhsil haqları 4500-5000 manat, Azərbaycan Universitetində 3000 manat müəyyən olunub ki, bu da keçən illə müqayisədə artımın olduğunu göstərir. Amma Qərb, Kooperasiya, Odlar Yurdu universitetlərində təhsil haqları aşağı salınıb. Bu da onunla əlaqədardır ki, keçən il bu universitetlər plan yerlərini çox aşağı səviyyədə doldura bilmişdilər. Bəzi universitetlər tərəfindən təhsil haqlarının qaldırılması, abituriyentləri təhsil haqları aşağı olan universitetlərə yönləndirmək məqsədi ilə edilib. Ancaq abituriyentlərin təhsil haqları aşağı olan universitetlərə meyillənməsi yenidən təhsil haqları yüksək olan universitetlərə qəbulla bağlı problemlər yarada bilər. Çünki keçid balını toplayan abituriyentlərin sayı qəbul planı yerlərindən azdır”.

BDU-nin mətbuat katibi Pərvanə İbrahimova Axar.az-a açıqlamasında artımın yalnız BDU-da deyil, digər bir neçə universitetdə də müşahidə olunduğunu bildirdi.

Xəzər Universiteti isə qiymət artımı ilə bağlı informasiyaları təkzib edərək, təhsil haqlarının ötən ilki qiymətlərlə eyni olduğunu dedi.

Tarix
2017.07.23 / 10:12
Müəllif
Nərmin, Firuzə
Şərhlər
Digər xəbərlər

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla