Yuxarı

Azərbaycanda uşaq kanalı yaradıla bilərmi?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azəbaycan kimi ərazisi kiçik olan, əhalisinin sayı çox olmayan ölkələrdə sahə xarakterli televiziya kanallarının açılması məqsədəuyğun deyil.

Bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

O qeyd edib ki, Azərbaycanda uşaq kanalının açılması ilə bağlı müzakirələr gedirdi, hətta Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi belə bir təkliflə çıxış etmişdi:

"Amma hesab edirik ki, bunun üçün mövcud televiziya kanallarının potensialından istifadə etmək daha doğru olardı. Uşaqlarla bağlı ayrı televiziya kanalının yaradılması böyük maliyyə vəsaiti tələb edir. Bilirsiniz ki, Azərbaycanda mədəniyyət kanalı, idman kanalı açılıb, yəni bu, Azərbaycan dövlətinin bu sahələrə verdiyi xüsusi diqqətdir. Əgər Azərbaycan dövləti uşaq televiziyası ilə bağlı maliyyə məsələsini öhdəsinə götürərsə, bu məsələyə baxıla bilər".

N.Məhərrəmlinin sözlərinə görə, MTRŞ çalışır ki, Azərbaycanda uşaqların mənafeyinə uyğun verilişlərin sayı çoxalsın, cizgi filimlərinin sayı artsın: "Hətta bununla bağlı bir neçə dəfə müraciətlər etmişik. Azərbaycanda bölgə kanalı kimi "ARB Günəş" adında kanal son zamanlar öz funksiyasını dəyişərək uşaqlarla bağlı verilişlər hazırlayan bir kanala çevrilib. Hətta biz onun yayımını kabel şəbəkələrinə də keçirtdik ki, Azərbaycanda uşaqlar bu kanala baxa bilsinlər".

Tarix
2017.08.18 / 09:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı ilə Ankaranın layihələri bu dəhlizdə böyük rol oynayır

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla