Yuxarı

Türkiyəli qonaqlar Quba Soyqırım Kompleksində - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin və Avrasya Ekonomik İlişkilər Dərnəyinin (EkoAvrasya) dəstəyi və təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan Ankaradan Pursaklar bələdiyyə başqanı Səlcuk Çətinin rəhbərlik etdiyi nümayəndə heyəti, EkoAvrasyanın sədri Hikmət Ərən və təşkilatın üzvləri, Türkiyənin bir sıra QHT rəhbərləri, KİV təmsilçiləri və aydınları millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayevanın müşayiəti ilə Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

Axar.az xəbər verir ki, üonaqları müşayiət edən Qənirə Paşayeva ermənilərin törətdikləri soyqırımlar haqqında ətraflı məlumat verib. Türkiyəli qonaqların diqqətinə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar olunub. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırım ilə bağlı olduğu müəyyən edilib. Ankara Pursaklar bələdiyyə başqanı Səlcuk Çətin bu gerçəkləri bütün dünyaya geniş duyurmağın vacibliyini bildirib: “Bizim tariximizdə heç bir qara ləkə yoxdur. Amma təəssüf ki, vaxtaşırı bizə qarşı düşmənçilik mövqeyi ortaya qoyulub, hücumlara məruz qalmışıq. Amma biz türklər, necə ki, Çanaqqalada, Qubada bir araya gəlib Vətəni şərəflə müdafiə etmişiksə, bundan sonra da torpaqlarımız uğrunda yorulmadan mübarizə aparacağıq”.

EkoAvrasyanın rəhbəri Hikmət Ərən, Türkiyənin bir sıra QHT rəhbərləri, jurnalist və aydınları qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və Xocalı soyqırımı həqiqətləri kimi Quba soyqırımı həqiqətlərinin də dünyaya daha geniş çatdırılmasında əllərindən gələni edəcəklərini deyiblər.

Türkiyəli qonaqlar 1802-ci ildə tikilən və özünəməxsus memarlıq üslubuna malik Cümə məscidində də olublar. Bildirilib ki, bu məscid təkcə Qubada deyil, bütün şimal-şərqi Azərbaycanda ən qədim dini mərkəzlərdən biri olub. Qonaqlar Quba rayonunun digər tarixi-mədəni yerləri, abidələri ilə də ətraflı tanış olublar və Azərbaycanda özlərini Vətəndə hiss etdiklərini deyiblər.

Tarix
2017.08.19 / 17:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla