Yuxarı

Putin azərbaycanlıların tikdiyi “Üzən körpü”də - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təsisçisi Azərbaycanın əməkdar mühəndisi İsmayıl Əfəndi İsmiyev olan EVRASCON şirkəti Moskvanın mərkəzində, məşhur “Zaryadye” parkının ərazisində “Üzən körpü” (qurğu zahirən sanki havada üzür) formasında unikal piyada estakadası inşa edib.

Virtualaz.org xəbər verir ki, bu piyada estakadasının unikal tərəfləri onun konsolunun 70 metr təşkil edən uzunluğudur. İndiyə qədər dünyanın heç bir ölkəsində heç bir şirkət bu cür uzunluqda konsola malik olan qurğu inşa etməyib. Bu faktı nəzərə alaraq “Üzən körpü” Ginnesin Rekordlar kitabına daxil olmağa namizəddir.

Estakadanın layihəsi də Azərbaycan şirkəti tərəfindən, habelə Hidrotexniki və Nəqliyyat Qovşaqlarının layihələndirilməsi üzrə Emi-Tədqiqat Mərkəzi “Hidrotransproyekt” tərəfindən hazırlanıb. Layihə Moskva Dövlət Ekspertizası tərəfindən müsbət rəy alıb. Piyada körpüsünün ümumi uzunluğu 250 metrdir.

Körpünün rəsmi açılışı 2017-ci il sentyabrın 9-da, Moskvanın 870 illiyi günündə olub. “Üzən körpü”nün açılışına Rusiya Federasiyasının prezidenti Vladimir Putin, habelə Moskva meri Sergey Sobyanin gəliblər.

“Üzən körpü” özündə özündə latın əlifbasının “V” hərfini xatırladan seyrangahı birləşdirir. Konstruksiyanın əsasını heç bir dayağı olmayan və ümumi uzunluğu 70 metr təşkil edən seyrangah təşkil edir. Meydançanın mərkəzi hissəsinin Moskva çayından hündürlüyü 15 metrdir.

Körpünün aparıcı konstruksiyası ilkin dartılmış betondan tökülüb, dekorativ elementləri isə metaldandır. Gəzinti zonasının döşəməsi ağacdandır. “Üzən körpü”nün seyrangahı böyük dayanıqlığa malikdir və 240 tondan çox ağırlığa tab gətirə bilir. Meydançanın üzərində eyni anda 4 mindən çox adam yerləşə bilər. Konstruksiyanın möhkəmliyi və etibarlılığı “Hidrotransproyekt”in mütəxəssisləri tərəfindən yoxlanılıb.

Qeyd etmək lazımdır ki, EVRASCON şirkəti betonlamadan sonra dartma metodunu ilk dəfə Azərbayanda, metronun “20 yanvar” stansiyasının yaxınlığındakı körpünün tikintisində və “Koroğlu” stansiyası yaxınlığındakı yol qovşağında, habelə Ukraynada Kiyev-Çop avtomobil yolu üzərindəki nəqliyyat qovşaqlarının, Qazaxıstanda Qərbi Avropa-Qərbi Çin avtomobil yolunun üzərində körpülərin tikintisində, habelə Tatarıstan respublikasının Kazan şəhərində Kazanka çayı üzərində körpünün inşasında və Lenin bəndinin bərpasında tətbiq edib.

EVRASCON şirkəti MDB respublikalarında yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair keçirilən tenderlərdə dəfələrlə qalib gəlib. Hazırda şirkət Qazaxıstan, Ukrayna, Moldova və Rusiyada tikinti işlərini yerinə yetirir. EVRASCON xaricdəki obyektlərin tikintisinə Azərbaycandan da çoxsaylı mütəxəssislər və fəhlələr cəlb edir.

Tarix
2017.09.22 / 12:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla