Yuxarı

Əbhər otlaqlarında şiddətli yanğın - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanda Əbhər məntəqəsinin Mərşun kəndindəki otlaqlaqlarda yanğın baş verib.

Axar.az xəbər verir ki, bu barədə Əbhər Böhranları İdarəetmə Mərkəzinin rəisi Səid Xələci İRNA xəbər agentliyinə danışıb.

“Mərşun kəndi otlaqlarında çərşənbə günü axşam saatlarından yanğın başlayıb. Yanğın çətin və keçilməz ərazidə baş verdiyi üçün yanğınsöndürən maşınlar hadisə yerinə gedə bilmir”, - deyə o bildirib.

O bildirib ki, yanğın geniş əraziyə yayılır:

“Yanğın Qəzvinə tərəf yayılır. Lakin onun daha çox yayılmaması üçün əraziyə Böhranları İdarəetmə Mərkəzinin xilasetmə qrupları göndərilib. İlkin hesablamalara görə, hazırda Əbhər və Qəzvin şəhərləri arasında yerləşən Mərşun kəndi otlaqlarında 60 hektar otlaq məhv olub. Hadisənin səbəbləri araşdırılır”, - deyə S.Xələci bildirib.

Qeyd edək ki, Əbhər və Xürrəmdərə şəhərlərinin əhalisi yanğından mühafizə əməliyyatını təbii imkanlar vasitəsi ilə həyata keçirir.

Tarix
2017.09.22 / 12:57
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Bakı ilə Ankaranın layihələri bu dəhlizdə böyük rol oynayır

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla