Yuxarı

Yevlaxda silahlı insident: yaralanan var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 23-də Yevlax rayonunun Havarlı kənd sakini Bəkir Bəkirovun güllə yarası (qırma) ilə Mingəçevir şəhər Xəstəxanasına gətirilməsi barədə Yevlax Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-dən Axar.az-a verilən məlumata görə, dərhal Yevlax RPŞ-nin əməliyyat qrupu xəstəxanaya yollanıb.

Lakin B. Bəkirov polis əməkdaşlarına hadisənin hansı zəmində və kim tərəfindən törədilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verib, tanımadığı şəxslər tərəfindən vurulduğunu bildirib. Həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri ilə B. Bəkirovun rayon ərazisindəki təsərrüfatların birindən oğurluq etməyə cəhd göstərən zaman odlu silahdan açılan atəş nəticəsində yaralandığı məlum olub.

Müəyyən edilib ki, B. Bəkirovun Hacıselli kəndi ərazisində Abbas İsmayılova və qardaşı Röyala məxsus pay torpaq sahəsində tərəvəz məhsullarının yetişdirildiyi yerdə kultivasiya yolu ilə narkotik tərkibli bitkilər əkib-becərdikləri barədə məlumatı olub. Həmin gün Bəkir Bəkirov həmkəndliləri, əvvəllər məhkum olunmuş Savalan Qasımov və Əhməd Mahmudzadə ilə birgə həmin təsərrüfatdan 20 ədəd çətənə kolunu oğurlayıb aparmaq istəyərkən, Abbas İsmayılovun ov tüfəngindən açdığı atəş nəticəsində yaralanıb.

İstintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə baxış keçirilib, oradan B. Bəkirova məxsus “İJ” markalı tüfəng aşkar edilərək götürülüb. Təxirəsalınmaz tədbirlərlə S. Qasımov, Ə. Mahmudzadə, A. İsmayılov və Röyalın yerləri müəyyən edilib, onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.

A. İsmayılovdan TOZ-16 markalı tüfəng götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri aparılır.

Tarix
2017.09.25 / 13:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla