Yuxarı

Qəbiristanlıqdan oğurluq edənlər saxlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax Rayon Polis Şöbəsinə rayon ərazisindəki qəbiristanlıqda qəbirlərdən birinin ətrafına çəkilmiş alüminium çərçivənin sökülərək oğurlanması barədə məlumat daxil olub.

DİN-dən Axar.az-a verilən məlumata görə, hadisə yerinə gələn əməliyyat qrupu tərəfindən müvafiq araşdırmalar aparılıb. Təxirəsalınmaz tədbirlərlə oğurluğu qrup halında törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İsmayıl Dərviş və Kamil Seyidov saxlanılaraq Polis Şöbəsinə aparılıblar. Tutarlı dəlillər qarşısında onlar törətdikləri əməli etiraf ediblər və oğurladıqları alüminium hissələri metal qəbulu məntəqələrindən birinə satdıqlarını bildiriblər. Maddi sübutlar polis əməkdaşları tərəfindən götürülüb.

Aparılan araşdırmalarla mərhumun ailə üzvləri də müəyyənləşdirilib və şəhər sakini Roza Əliyeva Yevlax RPŞ-ə dəvət edilərək oğurluq faktı, onu törətməkdə şübhəli bilinən şəxslərin tutulması barədə ona məlumat verilib. R. Əliyeva cinayətin açılmasına və təqsirkarların tutulmasına görə Yevlax RPŞ rəhbərliyinə və polis əməkdaşlarına təşəkkürünü bildirib.

Tarix
2017.09.25 / 13:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Putin-Si görüşü Qafqaza da təsir edəcək – Ərol

Bakının bu cəsarəti Parisi “dəli edir” - Ekspert

Fransa DTX-nin əməliyyatının qarşısını alıb?

Prezidentlər Cıdır düzündə... - Foto

Əliyevlə Lukaşenko Bülbülün ev-muzeyində - Foto

Prezidentlər “Heydər Əliyev və Qarabağ” sərgisində...

Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verildi

Prezidentlər Şuşada gülləbaran edilmiş heykəllərə baxdılar

Prezidentlər Şuşaya getdilər - Foto

Koreya səfiri ADU-nun qonağı oldu - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla