Yuxarı

Vilayət Eyvazov İnterpolun Baş Assambleyasında

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazovun başçılıq etdiyi nümayəndə heyəti Beynəlxalq Kriminal Polis Təşkilatının - İnterpolun Baş Assambleyasının 86-cı sessiyasında iştirak etmək üçün Çin Xalq Respublikasına işgüzar səfərə gedib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, sentyabrın 26-da sessiyanın rəsmi açılışı olub. İnterpolun tarixində ilk dəfə Çində keçirilən iclası Çin Xalq Respublikasının Sədri Si Tszinpin və İnterpolun baş katibi Yurqen Ştok açıb.

Dörd gün davam edəcək tədbirdə qurumun fəaliyyəti ilə bağlı hesabatlar dinləniləcək, İnterpolun İcraiyyə Komitəsinin yeni üzvləri və ali vəzifəli şəxsləri seçiləcək, beynəlxalq əməkdaşlığa dair müzakirələr aparılacaq.

Açılış mərasimindən sonra Vilayət Eyvazov Türkiyənin daxili işlər nazirinin müavini Mehmet Ersoy ilə görüşüb. Görüşdə ölkələr arasında bütün sahələrdə, o cümlədən Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olunub.

Çin Xalq Respublikasının ictimai təhlükəsizlik naziri cənab Qo Şenkun tərəfindən qəbul edilən Vilayət Eyvazov iki ölkə arasındakı münasibətlərin tarixən mövcud olmuş Böyük İpək Yolu vasitəsi ilə ticarət və mədəni əlaqələrdən qaynaqlandığını, onun inkişafının dönüş nöqtəsinin isə ulu öndər Heydər Əliyevin 1994-cü ildə Çin Xalq Respublikasına rəsmi səfəri ilə bağlı olduğunu xatırladıb.

Qeyd olunub ki, həmin səfər əməkdaşlığın istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynayıb və prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən bu siyasi kurs, onun Çinə dövlət səfəri zamanı imzalanmış mühüm sənədlər, ikitərəfli münasibətlərin inkişafında bir səhifə açmaqla əlaqələrin yeni mərhələyə qalxmasına təminat verib.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Çin Xalq Respublikasının İctimai Təhlükəsizlik Nazirliyi arasında əməkdaşlıq respublikamızın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun 2004-cü ilin aprelində bu ölkəyə səfəri zamanı imzalanmış saziş çərçivəsində həyata keçirilir və ikitərəfli əlaqələr, eyni zamanda, Beynəlxalq Kriminal Polis Təşkilatı (İnterpol) vasitəsi ilə aparılır.

Görüşdə xüsusən kibercinayətkarlıqla mübarizədə, kadrların hazırlığı sahəsində Çinin təcrübəsi yüksək qiymətləndirilib.

Çinin ictimai təhlükəsizlik naziri Azərbaycan nümayəndə heyətinin sessiyada iştirakından məmnunluğunu ifadə edib, iki ölkənin müvafiq qurumları arasında əlaqələrin daha da inkişafında maraqlı olduqlarını bildirib.

Tədbir çərçivəsində Vilayət Eyvazov Çinin ictimai təhlükəsizlik nazirinin müavini Vei Li, Moldovanın daxili işlər naziri Aleksandr Jizdan ilə də görüşüb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Tarix
2017.09.26 / 19:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

Bu fond Füzulinin Qoçəhmədli kəndini bərpa edəcək

Prezident Leonid Kalaşnikovu qəbul etdi

Azərbaycanda 5-ci nəsil qırıcı istehsalı... - Təcili

Bakı və Ankaranı cilovlamalıyıq ki... – Paşinyan

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Ermənilərin Vardanyanla bağlı şok planı...

ABŞ-ın sanksiya tətbiq etdiyi ilk Azərbaycan şirkəti...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla