Yuxarı

Mədət Quliyev məhkəməyə verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Buna səbəb Alyansın sorğu və müraciətlərini adı çəkilən qurumun cavablandırmamasıdır.

Belə ki, bir müddət öncə "Həbs yerlərində saxlanma şəraiti və məhbusların hüquqları ilə bağlı mövcud vəziyyətə dair" ilk hesabatını hazırlayan "Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansı bəzi sualların cavablandırılması, eləcə də Alyans üzvlərinin həbs yerlərinə daxil olub monitorinq aparmaq, dustaqlarla görüşüb onları narahat edən problemlərin araşdırılması ilə bağlı Penitensiar Xidmətin rəisi Mədət Quliyevə rəsmi müraciət etmişdi. Lakin Penitensiar Xidmət informasiya sorğusunu cavablandırmamış, həbs yerlərində monitorinq aparmaq təşəbbüsünə isə icazə verməmişdir.

Alyansın yaydığı məlumatda bildirilir ki, qurumun Penitensiar Xidmətə qarşı olan iddia ərizəsi cari ilin iyun ayından 1 saylı Bakı İnzibati İqtisadi Məhkəmədə icraata götürülüb. İşə hakim Şərafət Məmmədova baxıb. 5 ay davam edən məhkəmə prosesinə bu gün yekun vurulub. Məhkəmə prosesində Penitensiar Xidmətin nümayəndəsi və iddiaçı, "Siyasi Məhbuslarsız Azərbaycan" İctimai Alyansının koordinatoru Oqtay Gülalıyev iştirak edib. Hakim Şərafət Məmmədova heç bir fikir bildirmədən və əsaslandırma aparmadan iddianı təmin etməyib.

Hüquq- müdafiəçisi Oqtay Gülalıyev məhkəmənin qərarını qanunsuz hesab edib və bildirib ki, informasiya sorğusunu cavablandırmaq elementar hüquqi prosedurdur və qanunla, eləcə də qüvvədə olan Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunub;

"Təəssüf doğuran haldır ki, Azərbaycanda hüquqi nihilizm baş alıb gedir. Məhkəmələr icra qurumlarından, nazirliklərdən tam asılı vəziyyətdədirlər. İnformasiya sorğusunu cavablandırmaq hər bir vəzifəli şəxsin, dövlət qurumunun vəzifəsidir. Təəssüf ki. məhkəmələr bir çox hallarda qanunu deyil, vəzifəsini icra eləməkdən imtina edən məmurları müdafiə edir.

Nəzərə alanda ki, sorğularda verilən sualların çoxu ictimai vəsait olan dövlət büdcəsindən xərcləmələrlə bağlıdır məhkəmələrin bu iddiaları təmin etməməsi acınacaqlı vəziyyət yaradır. Bütün bunlara baxmayaraq biz məhkəmənin qanunsuz qərarından Apelliyasiya şikayəti verəcəyik və mübarizəmizi davam etdirəcəyik"

Tarix
2013.11.22 / 16:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir

Moskvaya gedib, Lavrovla çay içəcəm - Məmmədyarov

Pənahovun bu sözləri İrəvanı silkələdi: Hücum olacaq!

Bu təşkilat bir adamın əlində alətə çevrilməməlidir

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla