Yuxarı

Azərbaycanda bir ailənin başına qəribə hadisə gəldi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda yaşayan ailənin başına qəribə hadisə gəlib.

Axar.az Xəzər xəbər-ə istinadən bildirir ki, Nüsrət Novruzov adlı vətəndaşın xarici pasportunun şəkli İnstaqramda bir səhifə tərəfindən paylaşılaraq lağa qoyulub. Səbəb isə onun atasının adının Malagedən olmasıdır.

Ata adının Malagedən olması Sumqayıt sakini Nüsrət Novruzovun və ailə üzvlərinin sosial şəbəkədə təhqir olunması ilə nəticələnib.

Bəzi istifadəçilər Malagedən adını məsxərəyə qoyublar.

Ailə üzvləri tərəfindən səhifə adminindən şəklin silinməsi tələb edilsə də, buna məhəl qoyan olmayıb. Bəziləri isə ailənin erməni olduğunu iddia edib.

Hazırda Rusiyada olan Nüsrət Novruzov təhqirə yol verənlərin qanun müstəvisində cavab verəcəklərini bildirib.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Ekspert Xəyal Bəşirov deyir ki, ölkəmizdə hər bir vətəndaşın şərəf və ləyaqəti qanunla qorunur. Kiminsə şəklinin lağa qoylması təhqirdir. Ona görə də şəkli paylaşan səhifə idarəçiləri, eləcə də şəkilə təhqiramiz şərhlər yazanlar haqqında sərt tədbirlər görülməlidir.

Zərərçəkənlər məsələnin həlli üçün məhkəməyə müraciət etməlidirlər.

Tarix
2017.10.28 / 23:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makron bundan zəif görünə bilməzdi - Britaniya mediası

Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer - Video

Latviya parlamentinin sədri Bakıya gəldi

İslamzadənin təyinatının səbəbi: Bu proses tamamlandı

Hacıyev Sülh İnstitutunda ABŞ-la tərəfdaşlığıı müzakirə etdi

Zakir Həsənov polkovniki işdən çıxartdı

Zəngilanın yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Prezident və xanımı Zəngilan məscidinin açılışında

Onlar İsa Qəmbərin müavini oldu, Arif Hacılı isə...

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla