Yuxarı

Pulunu ver, ərinin gizli yazışmalarını al - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hakerlər sosial şəbəkələrdə şəxsi məlumatları ifşa edən xidmətlər təklif etməkdə davam edir. Bu şəxslər pul müqabilində şəxsi mesajlardan tutmuş şəkillərə qədər, bütün informasiyaları bir neçə dəqiqə ərzində oğurlayırlar.

Xəzər TV-nin məlumatına görə, pul müqabilində həmin şəxs qadınlara həyat yoldaşlarını nəzarətdə saxlamağı təklif edir.

Belə ki, pulunu verirsən və ərinin SMS, Votsap, və sosial şəbəkələrdəki yazışmalarından xəbər tutursan. Şikayətçinin sözlərinə görə, hətta telefon danışıqlarını belə əldə etmək mümkündür.

İddianın doğruluğunu yoxlamaq üçün telekanalın əməkdaşları deyilən nömrə ilə əlaqa saxlayıblar. Məlum olub ki, həmin şəxs tək kişilərin yox, sifariş əsasında elə qadınların da telefonuna qanunsuz müdaxilə edir.

Onun pulu əvvəlcədən istəməsi isə təklif etdiyi qanunsuz xidməti belə şübhə altında qoyur. Fəaliyyətinin qanunsuz olduğunu xatırlatdıqda isə qanunlara məhəl qoymadığını bildirib.

İnsanlar isə bunu şəxsi həyata müdaxilə hesab edirlər. Onlar bu təşəbbüsün nikahın dağılması ilə nəticələnə biləcəyini deyirlər.

Qanuna görə, başqasının internet hesabını sındıranlarla yanaşı, bunu sifariş edənlər də cinayət məsuliyyəti daşıyırlar.

Kibercinayətkarı isə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Tarix
2017.11.11 / 00:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

HDQ-nin hərbi hissəsinin yaranması günü - Video

Bakı ilə sülh qısa zamanda imzalanmalıdır - Ərdoğan

ABŞ-ın İrəvandakı səfirindən Bakı ilə razılaşmaya reaksiya

Azərbaycandakı türk şirkətlərinin sayı açıqlandı

Ceyhun Bayramov İsrail XİN rəsmisi ilə görüşdü

DTX Akademiyasında Heydər Əliyevlə bağlı konfrans - Foto

Bolqarıstan liderinin Bakı səfəri başa çatdı

Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla