Yuxarı

Bu marşrut üzrə yeni tariflər müəyyən ediləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın paytaxtı Astanada “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyindən Axar.az-a verilən məlumata görə, toplantıda “Azərbaycan Dəmir Yolları”QSC , “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, eləcə də Qazaxıstan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu və dəniz daşınmaları ilə məşğul olan rəsmiləri iştirak ediblər.

Tədbirdə “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyi İdarə Heyətində dəyişiklik edilməsi haqqında, Türkiyə Dövlət Dəmir Yollarının (Türkiyənin müvafiq dövlət orqanlarının razılığı əsasında) “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin üzvlüyünə daxil edilməsi haqqında və digər məsələlər müzakirə olunub.

Müzakirələrdə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun potensialından səmərəli istifadə, bu istiqamətə yük axınının cəlbinin zəruriliyi vurğulanıb. Eyni zamanda rəqabətə davamlı tariflərin müəyyənləşdirilməsi məsələsi də müzakirə predmeti olub.

Qeyd olunub ki, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsindən sonra Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna tranzit axını güclənəcək.

Tarix
2017.12.06 / 21:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

İrəvan delimitasiya zonasına 3 rayondan polis göndərdi

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla