Yuxarı

Bu avtobus xətti sahibkarın əlindən alındı – Cəza

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

17 nömrəli müntəzəm marşrut xətti sahibkarın əlindən alınıb. Marşrutun daşıyıcısı bu gündən etibarən dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən Axar.az-a verilən məlumata görə, marşrut xəttinin sahibkarın əlindən alınmasına səbəb yol verdiyi nöqsanlara görə ona edilən xəbərdarlıqlara məhəl qoymaması olub.

Belə ki, 17 nömrəli marşruta aid avtobusların hərəkət sxeminə uyğun fəaliyyət göstərmədiyi və geridönmə manevri edərkən yol hərəkəti qaydalarını kobud şəkildə pozması müəyyən edilib. Bununla yanaşı, sərnişinlərdən 17 nömrəli marşrut xətti ilə bağlı “141” Çağrı Mərkəzinə çoxsaylı şikayətlər daxil olub. Qeyd edilən nöqsanlar barədə Agentlik dəfələrlə marşrutun daşıyıcısına rəsmi və şifahi xəbərdarlıq edib.

O cümlədən “141 Çağrı Mərkəzi”nə daxil olan şikayətlər daşıyıcının elektron ünvanına göndərilsə də, daşıyıcı tərəfindən heç bir ciddi tədbir görülməyib.

Dəyişiklikdən sonra 17 nömrəli müntəzəm marşrut xətti üzrə Bakı Bus MMC-ə məxsus sərnişindaşıma ilə bağlı mövcud tələblərə tam cavab verən avtobuslar Bakı sakinlərinə xidmət edəcək.

Dəyişiklik 16 dekabrdan qüvvəyə minəcək. Bununla da nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərən marşrut xətlərinin sayı 20-yə qalxacaq.

Tarix
2017.12.11 / 14:42
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Böyük Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla