Yuxarı

Azərbaycanda ərəbləri daşıyan avtomobil aşdı: 3 yaralı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın xəbərinə görə, İsmayıllı-Qəbələ yolunun Topçu kəndindən keçən hissəsində Bakı sakini, 1978-ci il təvəllüdlü Bağırov Elbəy Eldar oğlunun idarə etdiyi "Mersedes" markalı minik avtomobili yoldan çıxaraq aşıb.

Nəticədə sürücü E.Bağırov, sərnişinləri olan ərəb turistlər - 1987-ci il təvəllüdlü Al İbrahim və 1995-ci il təvəllüdlü Al Mer Zeynab müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar təcili tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, ərəb turistlər Bakıdan Qəbələyə istirahətə gedirmişlər.

Tarix
2018.01.17 / 10:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

HDQ-nin hərbi hissəsinin yaranması günü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla