Yuxarı

Azərbaycanda maraqlı iş təklifi: Meyitdən skelet... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sizə meyitin skeletini çıxarmaq işi tapşırılsa, bu işi görərdinizmi? Bu sualı elə-belə vermədim. Azərbaycan Tibb Universitetində belə bir vakansiya var. Bəli, düz eşitdiniz. Meyitin skeletini çıxarırısınız və buna görə maaş alırsınız.

Xəzər xəbər-in məlumatına görə, Azərbaycan Tibb Universiteti yarandığı gündən əyani vəsait sarıdan problem yaşamasa da, son illər bu problemlər özünü göstərməyə başlayıb. Son vaxtlar universitetdə köhnə vəsaitlərdən istifadə olunur. Skelet, kəllə sümüyü, döl, tənəffüs yolu və digər bu kimi orqanların yaşı yarım əsrdən çoxdur. Son vaxtlar isə heç kim meyitdən skelet çıxarmaq istəmir.

Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası kafedrasının müdiri Vaqif Şadlinskinin sözlərinə görə, muzeylərdəki eksponatlar da köhnəlib. İndi uşaqlar fərqli anomaliyalarla doğulsalar da, bunu insanlara nümayiş etdirə bilmirlər. Halbuki xəstəliklə mübarizə aparmaq üçün onun mənbəyinin araşdırılması əsas zərurətlərdəndir.

Hazırda universitetdə skelet hazırlayacaq adamlar işə dəvət olunur. Bu zaman namizədin tibb təhsilinin olması vacib deyil. Texniki işçi kimi onlar əvvəlcə təcrübə keçəcəklər. Sadə orqanların eksponatından sonra onlara skelet hazırlamaq şəraiti yaradılacaq. İşə götürülən gündən isə bu şəxslərə əməkhaqqı təyin olunacaq. Maaşın məbləği sonradan müəyyənləşdiriləcək.

Professor Vaqif Şadlinski Azərbaycanda bu sahəni bilən az sayda mütəxəssisin olduğunu və yeni mütəxəssislərin yetişdirilməsinə ehtiyac olduğunu deyir.

Meyitdən skelet xüsusi incəliklə çıxarılmalıdır. Əks halda toxumalardan ayrılan skeletin anatomiyasına ziyan vurula bilər.

Tarix
2018.01.17 / 22:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanda qurulan türk hərbi şirkəti... - General

Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir

Moskvaya gedib, Lavrovla çay içəcəm - Məmmədyarov

Pənahovun bu sözləri İrəvanı silkələdi: Hücum olacaq!

Bu təşkilat bir adamın əlində alətə çevrilməməlidir

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla