Yuxarı

"Palmali"dən "Ağsu"nun həbs edilməsi xəbərinə - Reaksiya

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəziləri sanki pusquda dayanmış kimi ən adi prosedur qaydalarını problem olaraq qabardıb, şirkətin adına xələl gətirmək niyyətini güdürlər.

Axar.az xəbər verir ki, bu sözlər "Palmali" Şirkətlər Qrupunun Bakı ofisindən şirkətə məxsus gəminin saxlanılması ilə bağlı xəbərə cavabda əksini tapıb. Məlumatda bildirilir ki, Palmali Dənizçilik Şirkətinə (Palmali Shipping Company) məxsus "Ağsu" yük tankerinin Danimarkanın Kalundborg limanında saxlanılması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir:

“Ağsu" adlı gəmi Rusiya bayrağı altında üzür. Avropa Birliyi ölkələrinin sanksiyalarına görə, bu ölkənin bayrağı altında üzən gəmilər daha ciddi yoxlanışdan keçir. O cümlədən şirkətimizə məxsus gəmi də standartlara uyğun olaraq adi yoxlanış nəzarətindən keçir. Bunu gəminin saxlanılması kimi ifadə etmək çox gülüncdür. "Pal shipping trader three" şirkətinin mülkiyyətində olan gəmidə texniki çatışmazlıqların olması səbəbindən saxlanılması, "Ağsu" tankerinin səfərə çıxmasına qadağa, gəmiyə həbs qoyulması barədə sənəd tərtib edilməsi xəbərlərinin heç biri həqiqətə uyğun deyil”.

Qeyd edək ki, dünən Türkiyənin “Dəniz xəbər” agentliyi Palmali Dənizçilik Şirkətinə (Palmali Shipping Company) məxsus "Ağsu" yük tankerinin Danimarkanın Kalundborg limanında saxlanılması ilə bağlı məlumat yayıb.

Tarix
2018.01.20 / 12:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı ilə Ankaranın layihələri bu dəhlizdə böyük rol oynayır

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla