Yuxarı

Prezident Administrasiyasında struktur dəyişdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezidentin Administrasiyasının strukturundakı dəyişikliklər açıqlanıb.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev 30 may 2017-ci ildə “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiqi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, Prezidentin Administrasiyasının strukturu yenidən təşkil edilib, işçilərin say həddi 410 ştat vahidi müəyyən edilib. O cümlədən Prezidentin Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisinin xidməti yaradılıb.

Azərbaycan prezidenti İlham Əliyevin 9 yanvar 2018-ci il tarixli sərəncamı ilə Prezidentin Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə köməkçisinin xidməti ləğv edilib, Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi yaradılıb.

Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin ştat vahidi 1 şöbə müdiri olmaqla, 6 ştat vahidi təsdiqlənib.

Dövlət qulluğu və kadr məsələləri şöbəsində Şəxsi işlərin aparılması sektorunda ştat vahidi isə artırılaraq, 2 ştat vahidindən 4 ştat vahidinə qaldırılıb. Beləliklə, Prezident Administrasiyasının işçilərinin say həddi 410 ştat vahidindən 412 ştat vahidinə qalxıb.

Qeyd edək ki, Etibar Nəcəfov bir müddət əvvəl Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri təyin edilib.

Tarix
2018.01.24 / 15:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla