Yuxarı

Mark Zukerberq erməniləri yasa batırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Feysbuk Ağdamın işğal günü ermənilərə böyük zərbə vurub.

Feysbuk şəbəkəsində ermənilərə məxsus ən böyük qruplardan olan "Nakhichevan belongs to Armenia" sosial şəbəkə rəhbərliyi tərəfindən bağlanıb.

Buna səbəbsə AzərTAc-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri Rauf Əliyevin şikayəti olub.

Bu barədə sosial şəbəkədə məlumat yayan R. Kəngərli bildirib ki, həmin səhifə indiyə qədər azərbaycanlılar tərəfindən bir neçə dəfə şikayət olunub. Lakin Feysbuk rəhbərliyi hər dəfə şikayətlərə baxdığını bildirib.

R. Əliyevin şikayətindən sonra isə sosial şəbəkə adıçəkilən səhifəni ləğv edib.

"Nakhichevan belongs to Armenia" haqqında şikayətdən sonra qərarımızı dəyişdirdik. Şikayət etdiyiniz səhifəni incələdik və standartlarımızı tapdaladığı üçün ləğv etdik. Şikayətiniz üçün təşəkkürlər", - deyə R. Əliyevin şikayətinə Feysbuk belə cavab verib.

Qeyd edək ki, ermənilər bu səhifədə Naxçıvanın Ermənistan torpağı olduğunu iddia edir, bununla bağlı çoxsaylı videolar, açıqlamalar paylaşır, saxtalaşdırılmış tarixi faktları yayırdılar.

Publika.az

Tarix
2014.07.23 / 17:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təşkilat bir adamın əlində alətə çevrilməməlidir

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla