Yuxarı

Həmsədrlər Bakı və İrəvanı öhdəlik götürməyə çağırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT iyulun 22-də Brüsseldə ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə keçirdiyi görüşlərlə əlaqədar açıqlama yayıb.

Görüşlər zamanı həmsədrlər qoşunların təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində gərginliyin və zorakılığın artmasından, habelə məqsədli şəkildə dinc sakinlərin qətlə yetirilməsindən narahatlığını ifadə ediblər.

Konkret olaraq vasitəçilər tərəfləri dinc əhali arasında ölüm hallarının baş verməməsi üçün öhdəlik götürməyə, habelə gərginliyin azaldılması üçün səylər göstərməyə və atəşkəş sazişinə riayət etməyə çağırıblar.

Həmsədrlərlə Azərbaycan və Ermənistan xarici işlər naziri həmçinin prezidentlərin görüşündə nəzərdən keçirilə biləcək məqamları müzakirə ediblər. Onlar bu görüşün Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədi ilə aparılan sülh danışıqlarında irəliləyişin əldə edilməsi baxımdan önəmini vurğulayıblar. Tərəflər Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində mümkün görüşləri də müzakirə ediblər.

Açıqlamada qeyd olunur ki, həmsədrlər insanlar arasında etimad mühitinin yaradılması ilə bağlı məsələləri nəzərdən keçirməkdə davam edəcəkər və bunu münaqişə tərəfləri ilə müzakirə edəcəklər. Onlar hesab edir ki, bu cür proqramlar davamlı sülh üçün etibar və əminliyin yaradılmasına yardım edir.

Açıqlamada həmçinin bildirilir ki, Vyanada həmsədrlər Minsk qrupu ölkələrini sülh danışıqlarının gedişatı barədə məlumatlandırıblar.

APA

Tarix
2014.07.24 / 10:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

HDQ-nin hərbi hissəsinin yaranması günü - Video

Bakı ilə sülh qısa zamanda imzalanmalıdır - Ərdoğan

ABŞ-ın İrəvandakı səfirindən Bakı ilə razılaşmaya reaksiya

Azərbaycandakı türk şirkətlərinin sayı açıqlandı

Ceyhun Bayramov İsrail XİN rəsmisi ilə görüşdü

DTX Akademiyasında Heydər Əliyevlə bağlı konfrans - Foto

Bolqarıstan liderinin Bakı səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla