Yuxarı

Prezident onların təqaüdünü artırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Milli Qəhrəmanı adı verilmiş şəxslərin və onların ailə üzvlərinin sosial müdafiəsini daha da gücləndirmək məqsədilə onların aylıq təqaüdünü artırıb.

Axar.az xəbər verir ki, Milli Qəhrəmanların aylıq təqaüdü 1 martdan etibarən 1.300 manatdan 1.500 manata qaldırılıb.

Prezidentin digər sərəncamları ilə Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinin və 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçıları, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılıb.

Qeyd edək ki, Prezidentin ötən gün imzaladığı sərəncamla şəhid ailəsi, müharibə əlilləri, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü 10 faiz artırılmışdı.

Tarix
2018.02.20 / 23:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı ilə Ankaranın layihələri bu dəhlizdə böyük rol oynayır

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla