Yuxarı

Bakıda yenilik: bu prospektdə hərəkət dəyişir - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtda intensivliyin ən yüksək olduğu yollardan biri Nobel prospektidir. "Nargilə dairəsi" kimi tanınan hissədə bir neçə yol kəsişməsi və geriyədönmə var. Belə şəbəkə bəzən həmin hissədə sıxlıq yaradır. Xüsusilə geriyədönmə zamanı əksər sürücülər digər hissələrdə hərəkət edən avtomobillərin qarşısına çıxırlar. Problemi aradan qaldırmaq üçün yaxın günlərdə Nargilə dairəsindəki geriyədönmə müvəqqəti olaraq ləğv ediləcək.

Axar.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, sözügedən dairədəki yollardan biri sürücülərə həm Ukrayna dairəsinə, həm də şəhərin mərkəzinə geriyə dönməni əmr edir. Amma hərəkətin intensiv olduğu saatlarda əksər sürücülər geriyədönmə işarəsinin tələblərini pozduğuna görə böyük sıxlıq yaranır.

Sürücülər geriyədönmənin Nargilə dairəsində ləğv edilməsinin tərəfdarıdırlar.

Avtomobil Yolları Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin verdiyi məlumata görə, Nargilə dairəsindəki geriyedönmə yaxın günlərdə müvəqqəti olaraq ləğv ediləcək. Məqsəd piyada keçidi yaxınlığındakı yeni geriyədönmənin effektiv olub-olmamasını yoxlamaqdır. Əgər dəyişikliyin faydası olmasa, həmin ərazidə tıxacı azaltmaq üçün başqa həll yolları düşünüləcək.

Tarix
2018.03.19 / 01:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

NATO tankları Moskvanın mərkəzində - Foto

Türkiyə bu ölkə ilə ticarəti kəsdi: milyardlardan imtina etdi

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla