Yuxarı

Bu peşə sahibləri Novruzda da dincəlmir - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Novruz bayramı ilə əlaqədar bir həftə qeyri-iş günü elan olunub. Dövlət orqanlarında, büdcə təşkilatlarında və s. sektorlarda tətildir. Ancaq bəzi peşə sahibləri var ki, bayram, tətil bilmədən hər gün işləməyə məcburdurlar. Onlardan biri də ictimai nəqliyyatda çalışanlardır. Görəsən, onların bayram günlərində iş qrafiki necədir?

Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Axar.az-a bildirib ki, onlar bayram günlərində də işi əvvəlki qaydada davam etdirirlər:

"Növbətçilik əsasında işlərimizə davam edirik. Bayramla əlaqədar ictimai nəqliyyatdan istifadə edənlərin sayı azalsa da, intervalda heç bir dəyişiklik edilməyib".

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə bildirib ki, qeyri-iş günlərində avtobus sürücülərinin iş bölgüsü sərnişindaşıyıcılar tərəfindən tənzimlənir:

"İşəgötürən tərəflə işçi arasında əmək münasibətləri aydınlaşdırılır. Hazırda avtobus sürücüləri növbəlilik prinsipi ilə fəaliyyət göstərirlər. İntervalda isə heç bir dəyişiklik yoxdur. Şəhərdə əhali azalsa da, ictimai nəqliyyatdan istifadə edənlər çoxdur".

Tarix
2018.03.23 / 14:31
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

HDQ-nin hərbi hissəsinin yaranması günü - Video

Bakı ilə sülh qısa zamanda imzalanmalıdır - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla