Yuxarı

Qanun imzalandı: sürücülərə vaxt verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bundan sonra taksometr aparatı olmayan taksilərin sürücüləri cərimələnəcək. 9 aydan sonra bununla bağlı qanun qüvvəyə minir.

Axar.az xəbər verir ki, bu barədə hüquqşünas, yol-nəqliyyat eksperti Ərşad Hüseynov dünən rəsmən imzalanan dəyişikliklə bağlı danışarkən deyib.

Hüquqşünas bildirib ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklik xüsusilə taksi sürücləri üçün maraqlı olacaq:

“Çox az sayda taksidə taksometr var. Bəzən Dövlət Yol Polisi taksi sürücülərinə bu qurğu olmadığına görə İnzibati Xətalar Məcəlləsinin 322.0.2-ci maddəsinə əsasən 40-50 manat cərimə yazırdı.

Dünən təsdiqlənən dəyişikliyə görə, təkcə taksometrin olmamasına yox, həm də onun nasaz və ya plombu pozulmuş olmasına görə də cərimə müəyyən edilir”.

Ə.Hüseynov bildirib ki, dəyişikik 1 yanvar 2019-cu ildən qüvvəyə minəcək:

“Qanunda birbaşa göstərilir ki, bu dəyişiklik qüvvəyə minənədək həmin xəta köhnə redaksiyada da tətbiq edilə bilməz. Bu isə o deməkdir ki, heç bir taksi sürücüsü 1 yanvar 2019-cu il tarixinədək taksometrin olmamasına görə cərimələnə bilməz.

Bu, bir növ taksi fəaliyyəti ilə məşğul olanlara avtomobillərini taksometrlə təmin etmək üçün verilən vaxtdır”.

Tarix
2018.04.24 / 17:20
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycanda qurulan türk hərbi şirkəti... - General

Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir

Moskvaya gedib, Lavrovla çay içəcəm - Məmmədyarov

Pənahovun bu sözləri İrəvanı silkələdi: Hücum olacaq!

Bu təşkilat bir adamın əlində alətə çevrilməməlidir

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla