Yuxarı

Rektorlar Təhsil Nazirliyinin Kollegiyasından çıxarıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti "Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının tərkibi haqqında" 2007-ci il 12 mart tarixli qərarında dəyişiklik edib.

APA-nın məlumatına görə, Təhsil Nazirliyinin Kollegiyasının sayı 7 nəfərdən ibarət müəyyənləşdirilib.

Kollegiyanın sədri təhsil naziri Mikayıl Cabbarov, Kollegiyanın üzvləri təhsil nazirinin müavinləri Ceyhun Bayramov, Firudin Qurbanov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev, Təhsil Nazirliyi Aparatının rəhbəri Mətin Eynullayevdir.

Nazirlər Kabinetinin qərarında Təhsil Nazirliyinin Kollegiyasının üzvlərindən 2-nin adı yer almayıb. Gələcəkdə Təhsil Nazirliyinin təklifi ilə iki nəfərin də adı Kollegiyanın üzvləri sırasına daxil edilə bilər.

Xatırladaq ki, bundan əvvəl Təhsil Nazirliyinin Kollegiyasının tərkibi 13 nəfərdən ibarət olub. Bura təhsil naziri, təhsil nazirinin 4 müavini, Təhsil Nazirliyi Aparatının rəhbəri, Təhsil Nazirliyinin strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri, Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri, o cümlədən Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları, Azərbaycan Təhsil Problemləri İnstitutunun direktoru daxil olub.

Tarix
2014.08.21 / 17:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla