Yuxarı

Nazirdən xəbərdarlıq: Cərimələr artırılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın Nizami, Xətai, Binəqədi rayonlarında yerləşən şadlıq saraylarına xəbərdarlıq edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan monitorinqlər zamanı həmin resotran və şadlıq evlərinin atmosferi konsaregen maddələrlə çirkləndirdiyi müəyyən edilib.

Axar.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Real TV-ə müsahibəsində bildirib ki, bu restoranların ərazisindən qalxan tüstü saat 8-dən sonra ərazinin atmosferini bürüməklə yanaşı çirklənməyə də səbəb olur.

Bunula bağlı həmin iaşə obyektlərinə xəbərdarlıq olunub ki, filtr və müasir havalandırma sistemlərindən istifadə etsinlər.

Xəbərdalıqdan nəticə çıxarmayanlar cərimə olunacaq. Özü də bu cərimələrin məbləği nəzərəçarpacaq dərəcədə çox olacaq.

Bunlarla yanaşı Xəzər sahilində yerləşib çirkab sularını dənizə axıdan iaşə obyektləri sahibləri qarşısında da təmizləyici qurğulardan istifadə etmələri ilə bağlı tələb qoyulub. Tələbləri yerinə yetirməyənlər isə cərimə olunacaqlar.

Nazirlik təkcə havanı, dənizi çirkləndirənləri deyil, ağackəsənlərə qarşı da sərt addımlar atmaq niyyətindədir. Bu addımlardan ilki cərimə məbləğlərinin artırılması olacaq. Nazir bu günlərdə səfərdə olduğu Naxçıvanın təcrübəsindən də danışıb.

"Naxçıvanda insanlar təbiəti qoruyurlar, təbiətə hər kəs diqqətlə yanaşır. Bakıda da bunu tətbiq etmək lazımdır. Marifəndirmə ilə yanaşı cərimələr artırılmalıdır. Bilməlidirlər ki, ciddi cəza və cərimələr tətbiq olunacaq”, - deyə nazir qeyd edib.

Tarix
2018.05.23 / 01:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makron bundan zəif görünə bilməzdi - Britaniya mediası

Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer - Video

Latviya parlamentinin sədri Bakıya gəldi

İslamzadənin təyinatının səbəbi: Bu proses tamamlandı

Hacıyev Sülh İnstitutunda ABŞ-la tərəfdaşlığıı müzakirə etdi

Zakir Həsənov polkovniki işdən çıxartdı

Zəngilanın yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Prezident və xanımı Zəngilan məscidinin açılışında

Onlar İsa Qəmbərin müavini oldu, Arif Hacılı isə...

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla