Yuxarı

Şəxs ölkəyə güzəştlə nə qədər məhsul keçirə bilər?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 21-də Sınıq Körpüdən 4000 nəfər ölkəyə giriş edib, 4500 şəxs isə ölkədən çıxıb. Gün ərzində təxminən 8 min şəxsə xidmət göstərilib. Bəzən elə gün olur ki, bu rəqəm 10 mini keçir.

Axar.az xəbər verir ki, bu sözləri Tovuz Gömrük İdarəsinin sərnişin şöbəsinin rəisi Eldar Əhmədov deyib. O bildirib ki, ölkəyə gələn şəxslərin ilk növbədə gediş-gəlişinin mütəmadiliyinə diqqət yetirilir:

“Nazirlər Kabinetinin 305 saylı qərarına görə, fiziki şəxslər ay ərzində bir dəfə 30 kq həcmində müxtəlif növ ərzaq məhsullarını güzəştli qaydada gətirə bilərlər. Vətəndaşın keçmə tezliyini Dövlət Gömrük Komitəsinin vahid avtomatlaşdırılmış idarə sistemi vasitəsilə müəyyən etmək olur. Gün ərzində gömrük sərhəd buraxılış məntəqəsində fiziki şəxslər tərəfindən 800-ə yaxın sadələşdirilmiş bəyannamə yazılır və onun da 500-ə qədəri alkoqollu içkilər və tütün məhsullarına aiddir. Bir ay ərzində hər bir vətəndaşın şəxsi istifadə üçün 600 ədəd siqaretin və 3 litr alkoqollu içkinin respublika ərazisinə güzəştli qaydada gətirməsinə icazə verilir. Ay ərzində vətəndaş bunu iki dəfə həyata keçirirsə, bu, qanunun pozulması deməkdir. Bu halda biz məhsulu götürüb müvəqqəti saxlanc anbarına təhvil veririk. Əvəzində isə vətəndaşa akt tərtib edirik və o malı 3 gün ərzində gəlib geri apara bilər”.

Tarix
2018.06.23 / 15:30
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

ABŞ-ın İrəvandakı səfirindən Bakı ilə razılaşmaya reaksiya

Baş nazir Azərbaycandakı türk şirkətlərinin sayını açıqladı

Ceyhun Bayramov Bin Nunla görüşdü

DTX Akademiyasında Heydər Əliyevlə bağlı konfrans - Foto

Bolqarıstan liderinin Bakı səfəri başa çatdı

Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident və xanımı Bakıda gimnastika arenasında

İrəvan və Bakı sübut edə bilər ki, sülh üçün... - "Figaro"

Əsədov Əliyevin məktubunu Ərdoğana təqdim etdi

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla