Yuxarı

İES-dəki yeni yanğın elektrikə təsir edə bilər? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl Azərbaycan İES-də baş vermiş partlayışa görə ölkədə işıq probleminin yaranması bu gün səhər saatlarında baş verən yanğından sonra da eyni vəziyyətin yaşanması barədə şübhəni gündəmə gətirib. Bəzi sosial şəbəkə istifadəçiləri yanğın səbəbindən işıqların yenidən sönəcəyini iddia ediblər.

Məsələ ilə bağlı Axar.az-a danışan Azərenerji ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı bildirib ki, yanğın elektrik enerjisi paylayan şəbəkələrə təsir etməyib:

“Mingəçevir şəhərində Azərbaycan İES MMC-nin ərazisində yenidən yanğın hadisəsinin baş verməsi elektrik enerjisinin verilməsində problem yaratmayacaq. Yəni işıqların sönməsi gözlənilmir”.

Qeyd edək ki, Mingəçevir şəhərində Azərbaycan İES MMC-nin ərazisində bu gün səhər saatlarında yenidən yanğın baş verib. Yanğın 08:46-da söndürülüb.

Tarix
2018.07.05 / 15:25
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla