Yuxarı

Polis qaydanı pozan sürücülərə su verdi – Unikal reyd

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qusarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə keçirilən reyd zamanı qayda pozan 15 sürücü barəsində inzibati cəza tədbirləri görülüb.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, reyd Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti (YPX) alayının II tağımının əməkdaşları tərəfindən Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun Qusar rayonu ərazisindən keçən hissəsində təşkil olunub. Bu yol ölkəmizin əsas turizm zonalarından sayılan Quba, Qusar və Xaçmaz rayonları istiqamətində yerləşdiyindən yay aylarında hərəkətin intensivliyi xeyli artır.

Yolda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə keçirilən reyd çərçivəsində avtomobili sərxoş halda, eləcə də etibarnaməsiz və sürücülük hüququ olmadan idarə edən sürücülər müəyyənləşib.

Yol Patrul Xidməti əməkdaşları reyd zamanı saxladıqları sürücülərə dincəlmək, sərin su içmək təklif ediblər. Xüsusilə isti hava şəraitində uzaq yol gedənlərə yorğun və yuxulu halda avtomobil idarə etməmək tövsiyə olunub.

Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti alayının II tağımının baş inspektoru Telman Mustafayev bildirib ki, yay aylarında vətəndaşların bir çoxu şəxsi nəqliyyat vasitələrindən istifadə edərək istirahət zonalarına yollanır. Bununla əlaqədar yollarda hərəkətin intensivliyi artdığından sürücülər uzaq yola çıxarkən daha diqqətli olmalı, avtomobillərinin texniki sazlığını yoxlamalı, yol hərəkəti qaydalarına ciddi riayət etməlidirlər.

Tarix
2018.07.16 / 09:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

Bu fond Füzulinin Qoçəhmədli kəndini bərpa edəcək

Prezident Leonid Kalaşnikovu qəbul etdi

Azərbaycanda 5-ci nəsil qırıcı istehsalı... - Təcili

Bakı və Ankaranı cilovlamalıyıq ki... – Paşinyan

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Ermənilərin Vardanyanla bağlı şok planı...

ABŞ-ın sanksiya tətbiq etdiyi ilk Azərbaycan şirkəti...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla