Yuxarı

Gəncə hadisələrini onlar şişirdir – Amaşov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə hadisələrinin daha çox İran yönümlü saytlarda kifayət qədər şişirdilməsi insanlarda bu məsələnin arxasında müəyyən mərkəzlərin olduğunu düşünməyə əsas verir.

Axar.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.

Ə.Amaşov ərəb ölkələrində son illərdə yaşanan hadisələrə diqqət çəkib:

“XXI əsr ictimai-siyasi həyatda yeni istiqamətlər yarandı. Ərəb ölkələrində baş verən hadisələrdə sosial şəbəkələrin rolunu görürük. Son dövrlər Azərbaycanda baş verən hadisələrdə də sosial mediada müzakirələri müşahidə edirik. Bu gün Azərbaycanda sosial şəbəkələrdə milyonlarla insan var. Təəssüf ki, Azərbaycanla bağlı bir sıra neqativ məqamlar məhz sosial şəbəkələrdə yayılır. Kiçik dini qrupların Azərbaycanla bağlı niyyətləri bəllidir. Onların Azərbaycan ictimai-siyasi həyatına təsiri çox zəifdir. Baş verən son hadisələrdə islam dinindən istifadə edən qrupların fəaliyyət göstərdiyini unutmamalıyıq. Xaricdə yaşayan qüvvələr müxtəlif yollarla Azərbaycanda ictimai-siyasi birliyi pozmağa çalışırlar. Azərbaycan mediasında olan şəxslər bunu yaxşı görür. Çünki mediamızda çalışanlar, redaktorlar kifayət qədər ağıllı insanlardır. Onlar Azərbaycanın gələcəyindən narahat olan insanlar kimi fəaliyyətlərini düzgün qurur. Bundan sonra da bu istiqamətdə işləyəcəklər”.

Tarix
2018.07.16 / 11:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanda qurulan türk hərbi şirkəti... - General

Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir

Moskvaya gedib, Lavrovla çay içəcəm - Məmmədyarov

Pənahovun bu sözləri İrəvanı silkələdi: Hücum olacaq!

Bu təşkilat bir adamın əlində alətə çevrilməməlidir

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla