Yuxarı

Yeni kimliklərin verilmə tarixi açıqlandı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan vətəndaşlarına veriləcək yeni nəsil şəxsiyyət vəsiqələrinin nümunəsi artıq hazırdır.

Xəzər Xəbər-in məlumatına görə, vəsiqələrin verilməsinə bu ilin sentyabrın 1-dən başlanılacaq.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Məlumat Hesablama Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Ruhəngiz Qarayevanın sözlərinə görə, yeni nəsil vəsiqələrin bir çox üstünlükləri var. Bu vəsiqələr iki növ elektron sertifakatla təmin edilib.

Yeni nəsil vəsiqələri istənilən növ kart-oxucu vasitənin köməyi ilə istifadə etmək olacaq.

Yeni vəsiqələr mərhələlərlə dəyişdiriləcək və yalnız 10 yaşından yuxarı şəxslərə veriləcək. Vəsiqələrinin vaxtı bitmiş vətəndaşlar yeni vəsiqəni həm "ASAN xidmət" mərkəzləri, həm də polis idarələrindən ala biləcəklər. Vəsiqələrin üzərindəki elektron imza sertifikatı isə vətəndaşın istəyinə əsasən aktivləşdiriləcək və müddəti 5 il olacaq. Bu vəsiqələr dövriyyəyə buraxıldıqdan sonra ölkədə elektron xidmətlərdən istifadənin genişlənəcəyi gözlənilir.

Tarix
2018.07.17 / 22:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı ilə Ankaranın layihələri bu dəhlizdə böyük rol oynayır

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla