Yuxarı

Zərdabı ildırım vurdu: toy yarımçıq kəsildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zərdabı ildırım vurdu: toy yarımçıq kəsildi - Foto

Zərdab rayonunun Qoruqbağı kəndinə ildırım düşüb.

Kənd sakini, jurnalist Nicat İntiqamın Avropa.info-ya verdiyi məlumata görə, bu gün saat 21:40 radələrində şimşək çaxması nəticəsində rayonun Qoruqbağı kəndində Məhərrəm Məhərrəmova məxsus həyətyanı sahədəki tövləyə ildırım düşüb. İldırım tövlənin yanmasına səbəb olub.

Hazırda kənd sakinləri və FHN Zərdab rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları yanğını söndürməyə çalışırlar. İlkin müdaxilə nəticəsində yanğının fərdi yaşayış evinə keçməsinin qarşısını almaq mümkün olub.

Qeyd edək ki, fərdi təsərrüfat sahəsinin sahibi Məhərrəm Məhərrəmov hazırda Rusiyada yaşayır.

Bu gün Qoruqbağı kəndində toy məclisi də var imiş. Hazırda toy yarımçıq saxlanılıb və kənd sakinləri yanğını söndürməyə gediblər.

Tarix
2014.09.21 / 22:58
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla