Yuxarı

Qurbanlıq heyvanların qiyməti neçəyədir? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtda artıq qurbanlıq heyvanların satışına başlanılıb. Bayrama iki gün qalmasına baxmayaraq, indidən qurbanlıq heyvan alanlar var.

Xırdabuynuzlu heyvanların qiymətləri çəkisinə görə dəyişir. 15 kiloqram xalis əti olan qurbanlıq quzu ortalama 180 manata başa gəlir.

Bəzi ərazilərdə isə qeyri-qanuni olaraq qurbanlıq heyvan satışı ilə məşğul olmaq istəyənlərin qarşısı alınıb. Bu gün səhər saatlarında Suraxanı rayonu Qaraçuxur qəsəbəsində bir neçə nəfər yol kənarında qurbanlıq quzuların satışını həyata keçirməyə cəhd edib. Ancaq onların bu cəhdinin qarşısı icra nümayəndələri və rayon polis idarəsi əməkdaşları tərəfindən alınıb.

Bu arada Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə paytaxt və bölgələrdə iribuynuzlu və xırdabuynuzlu heyvanların satış yarmarkası keçiriləcək. Yarmarkalar Qida Təhlükəsizliyi Agentliyinin müəyyən etdiyi məntəqələrdə təşkil olunacaq. Satış yarmarkalarının Bakı şəhərinin 32 nöqtəsində, Gəncə, Neftçala, Lənkəran, Şəki, Şirvan, Quba, Ağdaş, Şamaxı, Göyçay, İsmayıllıda keçirilməsi nəzərdə tutulur. 35 minə yaxın qurbanlıq heyvan satışa çıxarılacaq.

Qeyd edək ki, ət kəsimi və heyvan satışı məntəqələrində profilaktik məqsədlə dezinfeksiya işlərinə başlanıb.

Tarix
2018.08.21 / 00:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

HDQ-nin hərbi hissəsinin yaranması günü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla