Yuxarı

Sabah hava necə olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimal olunur.

Bu barədə Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Sabah Bakıda və Abşeron yarımadasında güclü cənub küləyi axşam güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 17-20, günün birinci yarısında 28-33, axşama doğru 20-23 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi səhər və gündüz 750 mm civə sütununadək aşağı düşəcək, axşam 759 mm civə sütununa yüksələcək, nisbi rütubət axşam və gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Bölgələrdə isə gecə və səhər bəzi yerlərdə duman olacağı, şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, yağış yağacağı, axşam leysan xarakterli olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir güclü qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 30-35, dağlarda gecə 5-10, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Qeyd edək ki, sentyabrın 24-26-da respublikanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun sentyabrın 25-də 5-10 dərəcə aşağı düşəcəyi, yağıntıların intensiv olacağı, küləyin güclənəcəyi gözlənilir ki, bu da kənd təsərrüfatı işlərinin aparılmasında, o cümlədən məhsul yığımında mühüm çətinliklər yaradacaq.

Tarix
2014.09.23 / 14:57
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

HDQ-nin hərbi hissəsinin yaranması günü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla