Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Yanvar 2019


Ordumuzda komanda-qərargah hərb oyunları keçiriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən noyabrın 12-də qoşunların əməliyyat hazırlığı çərçivəsində komanda-qərargah hərb oyunları (KQHO) başlayacaq.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

KQHO-nın əsas məqsədi real şəraitdə keçirilən müxtəlif qoşun əməliyyatlarında idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin səviyyəsinin yoxlanılması və təkmilləşdirilməsidir.

Hərb oyunlarına strateji, əməliyyat, əməliyyat-taktiki və taktiki idarəetmə orqanları, qoşun növ və qismləri, eləcə də xüsusi təyinatlı qüvvələrin cəlb edilməsi nəzərdə tutulur.

KQHO-da ordumuzun sərəncamında olan ən yeni, o cümlədən kosmik texnologiyaların tətbiqi ilə qoşunların fasiləsiz idarəedilməsi, qarşılıqlı fəaliyyət, məlumatların sürətli ötürülməsi və şəraitə uyğun olaraq qərarların dərhal qəbul edilməsi üzrə vərdişlər icra olunacaq.

Tarix
2018.11.07 / 17:09
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Bakıda qasırğa nə vaxt başlayacaq? - Video

Hövsanda gülməli panika: Hamı çörək alır – Foto

DYP: Bu sürücülər sabah maşın sürməsin! - Xəbərdarlıq

Bakıda zəlzələ ehtimalı barədə - Rəsmi açıqlama

Nazir qurum rəhbərlərini topladı – Tapşırıq

“Azərsell”in interneti yenə itdi, şirkət isə…

SOCAR 2500-dək neftçini təxliyə etdi

Bu nazirlik də hərəkətə keçdi: Hava şəraiti...

BNA-dan sürücülərə daha bir xəbərdarlıq

Bakıda sığınacaqlar ayrıldı: yemək, yataq... - Nazirlik

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla