Yuxarı

QHT-lər gözlərini büdcəyə dikib: Ayda 116 manatla...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına bu il büdcədən ayrılan vəsait həddən artıq azdır.

Bu sözləri Axar.az-a açıqlamasında QHT sədri, ictimai-siyası fəal Niyaməddin Orduxanlı deyib. O bildirib ki, hazırda 4 mindən çox qeyri-hökumət təşkilatı bu vəsaitə ciddi ehtiyac hiss edir:

“Büdcədə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına 5,6 milyon manat pul ayrılması nəzərdə tutulur. Əvvəlki illərə baxdıqda görürük ki, QHT-lərin qrant müsabiqələrinin dəstəklənməsi üçün ayrılan vəsait azalan xətt üzrə gedir. Büdcəmizin bu il daha da böyüdüyü bir şəraitdə QHT-lər üçün nəzərdə tutulan vəsaitin azalması bizi narahat edir”.

N.Orduxanlı qeyd edib ki, vətəndaş cəmiyyəti ölkəmizin əsas stunlarından biridir, dövət və milli maraqarımızın qorunmasında QHT-lərin müstəsna rolu var:

“Cənab Prezident İlham Əliyevin hər zaman vətəndaş cəmiyyətinə xüsusi qayğısı olub. Elə bu səbəbdəndir ki, Prezident 10 ildir QHT-lərə Dövlət Dəstəyi Şurasını yaradıb. Bu gün yüzlərlə QHT var ki, yalnız dövlətin dəstəyindən başqa heç bir donor təşkilatdan maliyyə almır. Beynəlxalq donor təşkilatlarının QHT-lərə hansı şərtlər daxilində maliyyə dəstəyi göstərdiyini hamı bilir və dövlətçiliyi, vətənini düşünən heç kim bu səbəbdən bir çox beynəlxalq donor təşkilatları ilə işləmək istəmir. Yəni QHT-lərin əsas donoru hazırda Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasıdır. Şuraya ayrılan vəsaitin azalması isə bu sektora ciddi təsir göstərir”.

“5,6 milyon manat vəsaiti 4000 QHT arasında böləndə, hər birinə ayda 116 manat düşür – hələ mən Şura aparatının saxlanılmasına xərclənən vəsaiti nəzərə almadan deyirəm. Ayda 116 manatla QHT fəaliyyət göstərə bilərmi? Bunun nəticəsidir ki, beynəlxalq təşkilatlarda da tanınan QHT sədrlərimiz istefa veriblər və bu sahədə çalışmaqdan imtina ediblər”, - QHT sədri bildirib.

N.Orduxanlı qeyd edib ki, Şura sədri, millət vəkili Azay Quliyev bu məsələni hökumət üzvlərinin diqqətinə çatdırıb və müzakirələrdə münasibətini ortaya qoyub:

“Arzulayırıq ki, növbəti günlərdə baş tutacaq müzakirələrdə digər millət vəkilləri də Şuraya ayrılan vəsaitə münasibət bildirsinlər. Çünki bəzi millət vəkilləri həmçinin QHT-yə rəhbərlik edirlər və problemdən xəbərdardırlar. Minlərlə QHT gözləyir ki, 2019-cu ilin dövlət büdcəsində Şuraya ayrılan vəsait artırılacaq”.

Tarix
2018.11.14 / 23:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla