Yuxarı

Bu il yollarımız 585 can aldı – DYP-dən acı statistika

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il ötən illə müqayisədə yol-nəqliyyat hadisələrinin və ölüm hallarının sayı azalıb.

Bu barədə Axar.az-a DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytetani Rüfət Quliyev məlumat verilib. Onun sözlərinə görə, hər il dünyada yol qəzalarında 1 milyondan artıq insan həlak olur:

“Son illər ölkəmizdə baş verən qəzaların sayı, ölüm və xəsarət halları get-gedə azalır. Belə ki, 2017-ci 10 ayı ərzində respublika üzrə 1499 hadisə baş verib. Nəticədə 618 nəfər həlak olub, 1406 nəfət isə xəsarət alıb. 2018-ci ilin 10 ayı ilə müqayisə apardıqda isə məlum olur ki, bu il 1432 yol-nəqliyyat hadisəsində 585 nəfər həlak olub, 1383 nəfər isə yaralanıb. Bu o deməkdir ki, ötən illə müqayisədə bu il 67 hadisə, 33 ölüm, 23 xəsarət faktı azalıb.

Bu rəqəmlərin və hadisələrin sayını kəskin şəkildə azaltmaq üçün profilaktiki və maarifləndirici tədbirlər davam etdirilir. Ancaq çox təəssüflə deyirik ki, bəzi sürücülər hələ də kamera, radar və yol polisi olmayan küçə və prospektlərdə, magistral yollarda kobud qayda pozuntularına yol verirlər. Bu da son nəticədə ağır qəzalara səbəb olur.

Baş vermiş yol qəzaları arasında piyadavurma hadisələri çoxluq təşkil edir, bu da piyadaların yol hərəkəti qaydalarına düzgün riayət etməməsinin nəticəsidir. Bu ilin 10 ayı ərzində inzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb və piyadaların hərəkətinə nəzarət etmək üçün əməkdaşların sayı artırılıb”.

R.Quliyev bildirib ki, yol qəzalarının başvermə səbəbləri sırasında sürət həddinin aşılması və ötmə-manevr qaydalarının pozulması halları yer alır:

“Təəssüflə bildiririk ki, hər gün xüsusi texniki vasitələrin köməyi ilə 3-4 mindən artıq qayda pozuntusu aşkar olunur. Burada sürət həddinin aşılması çoxluq təşkil edir.

BMT-nin qərarı ilə hər il noyabr ayının sonuncudan əvvəlki bazar günü Ümumdünya yol qəza qurbanlarının anım günü kimi qeyd olunur. Bu il həmin tarix 18 noyabra düşsə də, anım tədbirləri adətən həftə ərzində davam edir. Yol polisi ümumilikdə yol qəza qurbanlarını dərin kədər hissi ilə anır, onlara Allahdan rəhmət, yaxınlarına səbir diləyir.

Sükan arxasında olarkən təkcə özünüzü yox, ailənizi, dostlarınızı, cəmiyyətimiz üçün tutduğunuz mövqeyi və ən əsası, qəzadan sonra geridə buraxacaqlarınızı da düşünün. Yol nəqliyyat hadisəsi əsl faciədir”.

Tarix
2018.11.20 / 14:39
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla