Yuxarı

Gömrük Akademiyasında Heydər Əliyev anıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 11-də Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) müasir Azərbaycanın memarı, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Dövlət Gömrük Komitəsi Akademiyasının ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, öncə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıb.

Q.Novruzov deyib ki, Heydər Əliyev irsi nə qədər öyrənilsə, nə qədər tədqiq və təbliğ olunsa da, yenə bu sahədə tədqiqatlara, araşdırmalara ehtiyac var. Ulu Öndərin Azərbaycan xalqının, Azərbaycan dövlətinin, dövlətçiliyin təşəkkülündə, dövlətçilik ideyalarının, bütövlükdə güclü müasir Azərbaycan dövlətinin formalaşmasında yeri və rolunun əvəzedilməz olduğunu vurğulayan akademiya rəisi Heydər Əliyevin müdrik və qətiyyətli siyasəti nəticəsində ölkəmizdə yaranan sabitlikdən, milli dövlətçilik ideyalarının gerçəkləşməsindəki əvəzsiz xidmətlərindən söz açıb.

O, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun, inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

“İqtisadiyyat” ixtisasının 2-ci kurs, 410-cu qrup tələbəsi Orxan Yusifov və “Hüquqşünaslıq” ixtisasının 1-ci kurs, 220-ci qrup tələbəsi Cəbrayıl Məmmədzadə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş təqdimatlarla çıxış ediblər.

Tədris və innovasiyalar üzrə rəis müavini Ramiz Hümbətovun “Heydər Əliyev fenomeni – arqumentlər və faktlar” mövzusunda məruzəsi dinlənilib.

Çıxışçılar ölkəmizdə qazanılan bütün nailiyyətlərin dahi rəhbər Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu bildiriblər. Ulu öndər Heydər Əliyevin dövlətçilik təcrübəsinin, siyasi irsinin əhəmiyyətindən danışaraq onun tariximizdəki müstəsna rolundan bəhs ediblər.

Tarix
2018.12.11 / 18:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makron bundan zəif görünə bilməzdi - Britaniya mediası

Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer - Video

Latviya parlamentinin sədri Bakıya gəldi

İslamzadənin təyinatının səbəbi: Bu proses tamamlandı

Hacıyev Sülh İnstitutunda ABŞ-la tərəfdaşlığıı müzakirə etdi

Zakir Həsənov polkovniki işdən çıxartdı

Zəngilanın yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Prezident və xanımı Zəngilan məscidinin açılışında

Onlar İsa Qəmbərin müavini oldu, Arif Hacılı isə...

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla