Yuxarı

Dövlətimizi "hədəf alanların" əxlaqsız üsulu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropada yaşayan və “söyüş müxalifəti” adlandırılan bir qrup azərbaycanlı sosial şəbəkələrdə yenidən Azərbaycan hakimiyyətinə, eləcə də ayrı-ayrı şəxslərə qarşı hücuma keçib. Ən kəskin təhqirləri yağdırmaqdan belə çəkinmirlər. Maraqlıdır ki, növbəti “söyüş hücumu” ölkədə yaz aylarında növbədənkənar parlament seçkilərinin olacağı barədə xəbərlər yayılandan sonra başlanıb.

Axar.az xəbər verir ki, “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı “Yeni Müsavat”a baş verənləri şərh edib. O bildirib ki, söyüşü siyasi mübarizəyə çevirən və bununla siyasi opponent olacaqlarını zənn edənlərin kimliyinə baxanda əsl hədəfin Azərbaycan dövlətinə zərbə endirmək olduğu aydın görünür:

“Baxın, bu "söyüş müxalifəti" nə zaman ortaya çıxdı? Bu il aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirildi. Hərçənd seçkilərin oktyabrda olacağı gözlənilirdi, lakin bir sıra dövlət əhəmiyyətli tədbirlərin, xüsusilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 iliyinin keçirilməsinə görə seçkinin vaxtı qabağa çəkildi. Və gözlənilmədən, heç bir siyasi və mənəvi əxlaqa sığışmayan, Azərbaycanın siyasi mübarizə metodlarına yad formada söyüş kampaniyası başlandı. Bu ilk olaraq onu göstərdi ki, seçkinin bir neçə ay önə çəkilməsi seçki zamanı Azərbaycana qarşı hücumlara hazırlaşan dairələrin planlarını pozub və onlar tələsik şəkildə “daha təsirli üsul” olaraq söyüş yolunu seçiblər. Bütün bunların Azərbaycan dövlətinə təsiri oldumu? Xeyr. Azərbaycan dövləti güclü dövlətdir və bu cür əxlaqsız üsullarla zərbə alan deyil. Lakin məsələnin mahiyyəti “Niyə söyüş mübarizəsi seçildi” sualını araşdırmağa vadar edir. Burada bir neçə məqam var: Birincisi, bu kampaniyada iştirak edən şəxslərin kimliyidir. Yəni Avropada yaxşı həyat tərzi üçün doğulduğu ölkəni istənilən an satmağa hazır olan bir şəxsin hansı səviyyədə olması bu prosesdə açar rolunu oynayır. Belə şəxslərin mübarizə üsulu təbii ki, əxlaqsız olacaqdı.

İkincisi, Azərbaycan dövlətini hədəfə alan dairələrin vətəni satmış şəxsləri seçərək, niyə məhz söyüş kampaniyası aparmasıdır. Söyüş elə bir şeydir ki, ona qarşı tolerant olmaq çətindir, xüsusilə Azərbaycanın mental dəyərləri baxımından. Görünür, anti-Azərbaycan dairələr bizim mental dəyərlərimizi hesablayaraq belə kampaniya aparırlar. Hədəflərdən biri odur ki, Azərbaycana mental dəyərlərdən uzaq, söyüşlü siyasi mübarizəni gətirsinlər və bununla ölkədə mövcud olan milli-mənəvi dəyərlər sistemini sarsıtmağa cəhd edirlər. Digər hədəf isə söyüş kampaniyası ilə Azərbaycan dövlətini ucuzlaşdırmaq, dəyərdən salmaqdır. Bu kampaniyada əsas hədəfin məhz dövlət başçısı olması da bunu göstərir. Azərbaycan dövlətinin rəhbərliyinə qarşı qəbulolunmaz ifadələr işlədilirsə, bu, Azərbaycan dövlətinin ünvanına səsləndirilmiş ifadələrdir. Çünki prezident ilk növbədə dövlətin başçısıdır, yəni dövlətin bayraq kimi, digər atributlar kimi, simvoludur. Simvollar təhqir olunursa, demək ki, ortada hüquqi dövlətə və dəyərlərinə qarşı aparılan mənəvi terror var. Biz cəmiyyət olaraq məsələnin mahiyyətini anlamalı və bu terrora qarşı birgə dayanmalıyıq".

A.Camalqızı qeyd edib ki, bu kampaniyada prezidentin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun da hədəf seçilməsi yuxarıda açıqladığımız hədəflər fonunda təsadüfi deyil:

“Dünyada siyasi mübarizə təcrübəsi göstərir ki, bir dövlətə qarşı hücum edəndə ilk olaraq onun lideri, ardınca həmin liderin yanında dövlət üçün əhəmiyyətli fiqurlar hədəfə alınır. Əli Həsənov özü bu haqda bildirdi ki, məqsəd bir tərəfdən təmsil olunduğum hakimiyyəti belə çirkin olaylarla əlaqələndirmək, digər tərəfdən isə iqtidarın ideoloji-siyasi və mənəvi-əxlaqi siyasətinin həyata keçirilməsində birbaşa iştirak edən aparıcı məmur kimi şəxsən məni hörmət və nüfuzdan salmaqdır. Hörmətli Əli müəllim haqlıdır, məqsəd onun timsalında Azərbaycan iqtidarını, dolayısı ilə bu gün Azərbaycan dövlətinin mövcudluğunda böyük paya sahib olan komandanı ləkələməkdir. Unutmamalıyıq ki, son nəticədə hədəf yenə də Azərbaycan dövlətidir. Fikir verin, indiyə qədər Azərbaycana qarşı ən müxtəlif vasitələrdən istifadə olunub, lakin ölkədə mövcud iqtidarın sağlam mövqeyi və xalqın dəstəyi bu hücumların qarşısına sədd çəkib. İndi məhz söyüşə əl atılması Azərbaycan dövlətini “qurşaqdan aşağı” vurmaq cəhdidir".

Həmsöhbətimiz onu da deyib ki, seçki vaxtı ortaya çıxan bu “söyüş müxalifəti”nin indi yenidən aktivləşməsi də təsadüfi ola bilməz. Görünür, onlara Azərbaycan dövlətini ləkələmək üçün aldıqları qrantların qarşılığını seçki vaxtı tam verməyiblər. Digər tərəfdən, bu, Azərbaycana qarşı yeni hücumların başlanğıcı hesab oluna bilər: “Eyni zamanda mümkündür ki, ”söyüş müxalifəti" və onun arxasındakı dairələr növbədənkənar parlament seçkisi xəbərlərinə görə aktivləşiblər. Hərçənd seçkinin olub-olmayacağı dəqiq deyil. Görünür, onlar prezident seçkilərində edə bilmədiklərini indi etməyə çalışır və buna görə də seçkinin olub-olmayacağını dəqiqləşdirmədən, hansısa şayiələrə əsaslanaraq hərəkətə keçiblər. Burada məqsədləri vaxt udmaqdır, yəni nə qədər tez başlasalar, prosesdən bir o qədər “qazanclı” çıxacaqlarını düşünürlər. Bu başlanğıc onu deməyə əsas verir ki, növbədənkənar seçki olarsa, bu dairələrin hücumları daha da çoxalacaq və mümkündür ki, onlar “söyüş leksikonlarını” bir az da genişləndirsinlər.

Fikrimcə, cəmiyyət olaraq bu kampaniyaya qarşı çıxmalıyıq. Çünki məqsəd milli-mənəvi dəyərlərimizi deqradasiyaya uğratmaq və yuxarıda dediyim kimi, Azərbaycan dövlətini dəyərdən salmaqdır. Və unutmamalıyıq ki, bu gün bu terrorun qarşısına çıxmasaq, sonra bütün xalq olaraq hər birimiz belə terrorla üzləşə bilərik".

Tarix
2018.12.20 / 10:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla