Yuxarı

Bilik Fondu universitetdə təqdimatını keçirdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Texniki Universitetdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təqdimatı keçirilib.

Bilik Fondunun İnformasiya Təminatı sektorundan Axar.az-a daxil olan məlumata görə, AzTU-nun rektoru, professor Havar Məmmədov Bilik Fondunun icraçı direktoru Oktay Səmədovla söhbətində Prezident İlham Əliyevin Fərmanına əsasən, ölkə əhalisinin elmi-texniki, siyasi-ictimai, ekoloji və humanitar biliklərini artırmaq, Azərbaycan Respublikasının daxili və xarici siyasətinin, azərbaycançılıq məfkurəsinin mahiyyətini ictimaiyyətə çatdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək məqsədi ilə belə bir Fondun yaradılmasını alqışladığını bildirib.

Rektor rəhbərlik etdiyi təhsil ocağının professor-müəllim heyəti və tələbələrinin Bilik Fondu ilə birgə səmərəli layihələr gerçəkləşdirə biləcəklərinə əmin olduğunu vurğulayıb.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov qurumun fəaliyyət istiqamətləri, maarifçilik tədbirləri ilə bağlı iştirakçılara geniş informasiya verib. Fondun gördüyü işlər, könüllülərin layihələrə cəlb olunması, tələbə və müəllimlərlə gələcək əməkdaşlığın mümkün formaları haqqında ətraflı danışıb. Onun sözlərinə görə, ölkə ərazisində, o cümlədən regionlarda əhalinin maarifləndirilməsində, gənclərin texniki və humanitar sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsində, dil bilgilərinin artırılmasında tələbələrin, gənc alim və mütəxəssislərin Fondla birgə fəaliyyətinin qurulması vacibdir.

Bilik Fondu əməkdaşlarının iştirakı ilə keçirilən təqdimat mətasimində Fondun yaranması, məqsəd və vəzifələri, həyata keçirdiyi layihələr haqqında film nümayiş olunub.

Müəllim və tələbələri maraqlandıran sualları cavablandıran O.Səmədov onları Bilik Fondunun tədbirlərində, əhali arasında elmi-texniki biliklərin artırılması ilə bağlı layihələrdə fəal iştirak etməyə çağırıb.

Tarix
2014.10.31 / 16:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla