Yuxarı

FHN-dən xəbərdarlıq: "Özünüzü dələduzlardan qoruyun"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar özlərini Fövqəladə Hallar Nazirliyinin əməkdaşları kimi təqdim edən bəzi dələduzlar tərəfindən yoxlama adı altında aldadılaraq ayrı-ayrı sahibkarlara təzyiqlərin edilməsi, fəaliyyətlərinə qanunsuz müdaxilələrə yol verilərək normal iş prosesinə maneçilik törədilməsi, hətta müəssisənin fəaliyyətini dayandırmaq hədə-qorxusu ilə onlardan pul tələb edilməsi halları barədə məlumatlar daxil olmaqdadır.

Axar.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, belə halların vaxtında aşkar olunaraq həmin şəxslər barəsində qanunvericiliyə uyğun ölçü götürülməsi istiqamətində müvafiq tədbirlər görülür.

Qeyd edilənləri nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi və Respublika Baş Prokurorluğu bütün fiziki və hüquqi şəxslərə müraciət edərək xahiş edir ki, yoxlamaya gəlmiş şəxslərdən xidməti vəsiqə və həmin yoxlamaya səlahiyyət (icazə) verən müvafiq sənədi təqdim etmələrini tələb etsinlər, eyni zamanda, həmin şəxslərin nazirliyin əməkdaşı olduğuna və ya yoxlamanın əsaslılığına şübhə yarandıqda isə aidiyyəti üzrə aşağıda göstərilən telefon nömrələri vasitəsilə dəqiqləşdirmə aparsınlar:

- FHN Dövlət Yanğın Nəzarəti Xidməti – (12) 512-26-02; (50) 240-90-37;

- FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi – (12) 512-21-83;

- FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi – (12) 512-15-02; (55) 512-12-01;

- FHN Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi – (12) 512-46-26; (12) 512-46-37; (12) 512-46-34;

- FHN Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi – (12) 512-17-12; (12) 512-17-37.

Fiziki və hüquqi şəxslərdən onların rastlaşdıqları hər hansı qanun pozuntusu ilə bağlı dərhal Fövqəladə Hallar Nazirliyinin "112" və ya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161" qaynar xətt əlaqə mərkəzlərinə məlumat vermələri xahiş olunur.

Tarix
2014.11.21 / 13:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı ilə Ankaranın layihələri bu dəhlizdə böyük rol oynayır

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla