Yuxarı

Salahlı karnavalı görməyənləri şoka salır - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Salahlı karnavalı görməyənləri şoka salır - Video

Bu kənddə keçirilən bayram ölkəyə sözün əsl mənasında səs salır. Qazaxda yazın gəlişi fərqli şəkildə qeyd olunur. Qədimdən gələn adət-ənənənələr bu gün də yaşadılır. Günortadan başlayan bayram şənliyi səhərə kimi davam edir. Daha maraqlısı isə odur ki, gənclər qadın paltarı geyinib kəndi qapı-qapı gəzirlər. Onların da belə geyməkdə öz məqsədi var.

Həmin gün, yəni martın 21-i hər kəsin qapı-bacası açıq olur. Kənd cammatı günortadan axşam keçiriləcək bayram şənliyinə tədarük görür.

"Xəzər Xəbər"in məlumatına görə, fərqli Novruz şənliyi Qazaxın Yuxarı Salahlı kəndində qeyd olunur. Böyükdən kiçiyə hər kəs küçələrə çıxır, tonqal qalayıb ətrafında toplaşıb, bayramlaşırlar... Maraqlı bayramı izləmək, onun iştirakçısı olmaq üçün qonşu rayonlardan, hətta paytaxtdan da bura gələnlər olur.

Kəndlilər bu şənliyə "Salahlı karnavalı" da deyirlər. Kəndin hər tərəfində alovlanan bayram tonqalları isə gecənin qaranlığına xüsusi rəng qatır.

Onlar bu cür geyimlərlə evlərə getməklə həm ev sahiblərini əyləndirir, həm də öz sevdikləri qızları yaxından görə bilirlər. Girdikləri evlərdən isə bayram nəməri alırlar. Kim pul verməsə, əllərindəki dəyənəklə ev sahiblərini döyürlər.

Kəndi gəzən gənclər sonra Bakı-Qazax avtomagistralının kəndin içindən keçən hissəsində avtomobilləri dayandırıb, rəqs edirlər. "Salahlı karnavalı" səhər saatlarına qədər davam edir.

Tarix
2019.03.22 / 23:06
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva qəzanın ildönümü ilə bağlı paylaşım etdi

Bakı Moskvanın kompensasiya ödəyəcəyinə ümid edir - Səfir

Ermənistan XİN-dən “Tramp Marşrutu” ilə bağlı açıqlama

İlham Əliyevin İrana səfəri planlaşdırılır

Prezidentdən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı paylaşım

Təyyarə qəzası: Türkiyəyə Ankarada “xəbərdarlıq” edildi? - Ağar

Saşanın anası danışdı: Atası Qarabağda döyüşüb

Tufan Sadıqova qarşı ağır ittiham: Dövləti aldadıb...

Həbs edilən şəbəkə haqda şok iddia: Elə yüklər daşınıb ki...

Prezidentin ad günündən ailə - Fotosu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla