Yuxarı

Sülh planı: Rusiya bu səbəbdən qəbul etməyəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sülh planı: Rusiya bu səbəbdən qəbul etməyəcək

Ukrayna Prezidenti Vladimir Zelenskinin dediyi formada müharibənin başa çatdırılmasına dair sülh planının Rusiya tərəfindən qəbul olunmaq şansı yoxdur.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Aleksandr Merejko bildirib.

“Problem ondadır ki, onlar (Rusiya – red.) axmaqcasına və israrla mahiyyət etibarilə Ukraynanın kapitulyasiyası demək olan tələblərini təkrarlayırlar. Yəni birincisi, Ukrayna qoşunlarının Donetsk vilayətindən çıxarılmasını tələb edirlər. Son vaxtlar isə ümumiyyətlə “Novorossiya”dan danışmağa başlayıblar. Yəni iştahları genişlənə və müvafiq olaraq tələbləri də arta bilər”, – deputat qeyd edib.

Merejko əlavə edib ki, ruslar həmçinin Ukraynanın neytral statusunu tələb edirlər ki, bu da Kiyev üçün qəbuledilməzdir, çünki bu, nə hüquqi, nə də siyasi baxımdan mümkündür.

“Üçüncüsü – silahlı qüvvələrimizə məhdudiyyətlər, yəni sözdə demilitarizasiya. Və ya, məsələn, seçkilərin keçirilməsi tələbi. Rusiyanın bəzi tələbləri müdafiə qabiliyyətimizi maksimum dərəcədə zəiflətməyə yönəlib ki, gələcəkdə bizi işğal edə bilsin. Digər tələblər isə bizi daxildən məhv etməyə hesablanıb”, - siyasətçi vurğulayıb.

Deputatın sözlərinə görə, Rusiyanın bütün tələblərinin bir məqsədi var – Ukraynanı dağıtmaq, tabe etdirmək və dövlətçiliyini məhv etmək:

“Başa düşmək lazımdır ki, qalan hər şey sadəcə sözdür, siyasi oyundur. Putin bu əsas məqsədindən – Ukraynanın məhv edilməsindən imtina etmir. Ona görə də ona bizi məhv etmək imkanı verməyən heç bir variant, heç bir planı uyğun saymayacaq. Bunu çox aydın dərk etmək lazımdır. Şübhəsiz ki, danışıqlar aparmaq lazımdır ki, Tramp görsün: biz sülhə köklənmişik, problem bizdə deyil”.

Qeyd edək ki, ötən gün Ukrayna Prezidenti Vladimir Zelenski sülh planının bütün 20 bəndini açıqlayıb.

Tarix
2025.12.25 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla