Yuxarı

20 bəndlik sülh planı açıqlandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
20 bəndlik sülh planı açıqlandı

Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna sülh planının bütün 20 bəndini sadalayıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Sözügedən sülh planının bəndlərini təqdim edirik:

1. Ukraynanın suverenliyinin təsdiqlənməsi;

2. Rusiya ilə Ukrayna arasında hücum etməmək barədə müqavilə, təmas xəttinin monitorinqi;

3. Təhlükəsizlik zəmanətləri;

4. Sülh dövründə Ukrayna Silahlı Qüvvələrinin sayının 800 min nəfər olması;

5. ABŞ, NATO və Avropa Ukraynaya 5-ci maddəyə uyğun şəkildə təhlükəsizlik zəmanətləri verməlidir. Rusiya Ukraynaya hücum etdikdə isə hərbi cavab olmalıdır;

6. Rusiya Avropa və Ukraynaya qarşı təcavüzkarlıq etməmək siyasətini bütün zəruri qanunlarda təsbit edəcək;

7. Ukrayna müəyyən bir tarixdə AB-nin üzvü olacaq (qoşulma tarixini təyin etmək istəyirik).

8. Qlobal İnkişaf Paketi;

9. Bərpa məsələlərini həll etmək üçün bir neçə fond yaradılacaq. Məqsəd 800 milyard dollar cəlb etməkdir;

10. Ukrayna ABŞ ilə azad ticarət sazişinin bağlanması prosesini sürətləndirəcək;

11. Ukraynanın nüvəsiz statusu olacaq;

12. Zaporojye AES. Heç bir kompromis yoxdur. ABŞ, amerikalıların əsas menecer kimi çıxış etdiyi üçtərəfli birgə idarəetmə təklif edir. Ukraynanın kompromis təklifi: ABŞ və Ukrayna arasında 50/50 nisbətində bölünmə;

13. Məktəblərdə müxtəlif mədəniyyətlərin anlaşılmasını və tolerantlığı təşviq edən təhsil proqramları irqçilik və qərəzi aradan qaldırır;

14. Ərazilər. Ən çətin maddə. Variantlardan biri Rusiyanın Dnepropetrovsk, Nikolayev, Sum və Xarkov vilayətlərindən geri çəkilməsidir. Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində “mövqeyimizdə dayanırıq”. Rusiya Ukraynanın Donetsk bölgəsindən çıxmasını istəyir, ABŞ isə kompromis təklif edir - azad iqtisadi zona. Əgər “mövqeyimizdə dayanırıq” variantı ilə bağlı razılıq yoxdursa, azad iqtisadi zona yalnız referendum yolu ilə qəbul edilə bilər və sonra bütün sənəd referenduma təqdim edilməlidir.

15. Rusiya və Ukrayna müqavilələri zorla dəyişdirməməyi öhdələrinə götürürlər;

16. Rusiya Ukraynanın Dnepr çayından və Qara dənizdən kommersiya fəaliyyəti üçün istifadə etməsinə mane olmayacaq. Kinburn burnu silahsızlaşdırılacaq;

17. Əsirlərin “hamının hamıya” müqabilində mübadiləsi, mülki şəxslərin, uşaqların və siyasi məhbusların geri qaytarılması;

18. Ukrayna müqaviləni imzaladıqdan sonra mümkün qədər tez seçkilər keçirməlidir;

19. Bu müqavilə hüquqi cəhətdən məcburi olacaq. Onun icrasına Trampın rəhbərlik etdiyi Sülh Şurası nəzarət edəcək;

20. Bütün tərəflər bu sazişə razılıq verdikdən sonra tam atəşkəs dərhal qüvvəyə minəcək.

Tarix
2025.12.24 / 13:25
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Rusiyadakı azərbaycanlılar ölkədən köçür? - Qisas planı

4 min azərbaycanlının taleyindən xəbər yoxdur - XİN

BTQ Kanakinin müstəqillik tərəfdarlarını təbrik etdi

İlham Əliyev Delsi Rodrigesə başsağlığı verdi

Bayramov qazaxıstanlı həmkarı ilə danışdı

Rusiyadan baxış: Azərbaycanın ən böyük üstünlüyü...

Ermənistan İsrailin bu oyununda yoxdur - Melkonyan

Milli Məclisin növbəti iclası başladı

Ermənistan bu məlumatları təqdim etmir – DTX

Emin ondan ev istəyən idmançıya görün nə hədiyyə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla