Yuxarı

Əli Əhmədov: “Azərbaycanda dini radikalizm olmayıb"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu gün yaşadığımız regionun ətrafında baş verən hadisələr fonunda radikalizm deyilən bir anlayış özünü açıq şəkildə göstərir və çox təəssüf ki, bu, İslam dini radikalizmi formasında bəşəriyyətə təqdim edilir".

Trend-in məlumatına görə, bu barədə Yeni Azərbaycan Partiyasının icra katibi, Baş nazirin müavini Əli Əhmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə milli mənəvi dəyərlərin qorunması mövzusunda keçirilən tədbirdə deyib.

Ə.Əhmədov qeyd edib ki, Azərbaycanın yaşlı vətəndaşları radikalizmin nə olduğunu, onun sülh və sabitlik üçün nə qədər təhlükəli olduğunu yaxşı bilirlər: "Azərbaycanda dini radikalizm olmayıb, amma siyasi radikalizm Azərbaycana böyük ziyanlar gətirib. Bunu yaşlı nəsil daha yaxşı bilir. Radikalizm vətəndaş dialoqunu və cəmiyyətin normal inkişafını pozur. Azərbaycan cəmiyyəti bunun ölkəmizə hansı zərbələr vurduğunu yaxşı dərk edir".

Baş nazirin müavini qeyd edib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana gəlməsi siyasi radikalizmə son qoyulmasına səbəb oldu və Azərbaycanın sabit inkişafının əsası qoyuldu.

Tarix
2014.12.05 / 12:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək!

Bu təşkilat bir adamın əlində alətə çevrilməməlidir

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla