Yuxarı

Bakıda müsəlmanlar kilsəyə axın etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

19:05

Aprelin 23-də Məşədi Dadaş məscidinin dini icmasının üzvləri Bakıda yerləşən Müqəddəs Məryəmin Məsum Hamiləliyi Kilsəsini ziyarət ediblər.

Axar.az xəbər verir ki, icma üzvləri Şri-Lankadakı kilsələrə terror hücumları fonunda xristianlarla həmdərd olduqlarını nümayiş etdiriblər. Müsəlman gənclər kilsənin həyətində Həzrət Məryəmin heykəli önünə güllər qoyublar.

İcma nümayəndələri kilsənin ruhanisi yepiskop Vladimir Fekete ilə görüşərək başsağlığı veriblər. Bildirilib ki, terror aktı yalnız xristianlara deyil, qəlbində Allaha inam və sevgi olan hər kəsə qarşı törədilib. Bu ağır günlərdə inanclı insanlar dinindən asılı olmayaraq bir-birinin yanında olmalı və insanlığı qardaş qırğınına sürükləyənlərin müqabilində vəhdət nümayiş etdirməlidirlər. Azərbaycanda müsəlmanlarla xristianlar hər zaman sülh və qardaşlıq mühitində yaşayıblar, bundan sonra da belə olacaq. Dünyanın hər hansı hissəsində bir kilsəyə hücum olursa, bunu öz məscidimizə hücum kimi dəyərləndiririk. Bu gün icmanızın simasında Kolombodakı terror qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı verməyə gəlmişik. Bu, hamımızın acısıdır.

Yepiskop Vladimir Fekete başsağlığına görə minnətdarlığını bildirib. O, müxtəlif din nümayəndələrinin birliyinin çox mühüm olduğunu vurğulayıb.

Sonda terror qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.

Tarix
2019.04.23 / 22:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

HDQ-nin hərbi hissəsinin yaranması günü - Video

Bakı ilə sülh qısa zamanda imzalanmalıdır - Ərdoğan

ABŞ-ın İrəvandakı səfirindən Bakı ilə razılaşmaya reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla