Yuxarı

Lənkəranskidən cavab: Lotu Qulinin adamları döyüldü - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Moskvada yerləşən "Matrosskaya Tişina" cəzaçəkmə müəssisəsində məhbuslar arasında kütləvi dava baş verib.

Azərbaycanda həbsdə olan məşhur qanuni oğru Lotu Quli ləqəbli Nadir Səlifovun tərəfdarları rəqib komandadan hesab edilən başqa bir qanuni oğruya - Zaykaya inanılmaz işgəncələr veriblər.

Axar.az-ın yaydığı xəbərə görə, işgəncələrdən sonra görüntüyə alınan Zayka Lotu Quli haqqında bir çox yerlərdə təhqiramiz ifadələr işlətdiyinə görə üzr istəyib.

Publika.az xəbər verir ki, Zaur Əliyevin saxlanıldığı kameraya Lotu Qulinin 30 tərəfdarı daxil olub. Kriminal aləmdə "Killer Nazim" kimi tanınan Nazim Hümbətov Zaur Əliyevi qandallayıb. Bundan sonra o vəhşicəsinə döyülərək üzr istəməyə məcbur edilib.

Ancaq Lotu Quli tərəfdarlarının qanuni oğrunu döyməsi cəzasız qalmayıb. Ertəsi gün həbsxanaya nəzarət edən qanuni oğru ("smotryaşiy") Nukri Doçiya (ləqəbi Nukri Qalskiy) tərəfdarları ilə birgə Zaur Əliyevə hücum edənlərdən 7 nəfərini döyüblər.

Həmçinin Nazim Hümbətov və Erdak Lənkəranski də cəzalanıblar. Hazırda onların hamısı cəzaçəkmə müəssisəsinin xəstəxanasındadırlar.

Qeyd edək ki, oğru qanunlarına görə, Lotu Qulinin adamları "bezpredellik" (özbaşınalıq) ediblər. Zaur Əliyev kiminsə haqqında söyüş söysə belə, qanuni oğruya əl qaldırmaq yasaqdır.

Oğru adı oğru toplantısında ("sxodka") verilir. Əgər oğru nədəsə günahlandırılırsa, ona cəza da elə diğər oğrular tərəfindən "sxodka"da verilir.

Oğruya cəza verilməsinin qəbul edilmiş 3 qaydası var:

Kimisə təhqir edibsə ona şillə vurulur. Qanuni oğru bu şilləyə cavab qaytara bilməz. Çünki haqsızdı və "sxodka" belə qərar verib. Düzdür, onun titulu əlindən alınmır. Ancaq mövqeləri kriminal aləmdə zəifləyir, hörməti azalır.

Qulaqlarından şillə vurulur - bu o deməkdir ki, oğru adından məhrum edilir.

Ölüm hökmü - bu o halda verilir ki, qanuni oğrunun hakimiyyət nümayəndələri ilə əməkdaşlığı üzə çıxır, yaxud "obşak"dan oğurluq edir və sair.

Tarix
2014.12.06 / 11:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla