Yuxarı

Ov əvəzinə dostunu güllələdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişli rayon sakini qanunsuz ov edərkən əlindəki ov tüfəngi ilə ehtiyatsızlıqdan yoldaşını öldürüb.

Axar.az xəbər verir ki, hadisə dünən səhər saat 5-6 radələrində İmişli rayonunun Məmmədli kəndi ilə Şərbətqobu Ovçuluq Təsərrüfatının arasında yerləşən su ərazisində baş verib.

Bakı şəhər sakini Akif Məmmədov və kənd sakini Hamlet Allahverdiyev brakonyerliklə məşğul olarkən A.Məmmədovun əlindəki ov tüfəngindən açılmış atəş nəticəsində H.Allahverdiyev dünyasını dəyişib. İlkin ehtimala görə, hadisə ehtiyatsızlıq səbəbindən baş verib. Hadisə ilə bağlı Şərbətqobu Ovçuluq təsərrüfatının işçiləri rayon polis şöbəsinə məlumat verib. Hazırda hadisənin baş vermə səbəbi ilə əlaqədar araşdırma aparılır.

Araşdırma zamanı A.Məmmədova "Azərovçu" Cəmiyyəti tərəfindən 2009-cu ildə qanunsuz ov bileti verildiyi məlum olub.

Tarix
2014.12.18 / 11:12
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla