Yuxarı

Murad iki qadın arasında qalıb... – Rəşad Məcid

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Murad Köhnəqala kimi istedadlı bir insan iki həyat yoldaşı arasında yaranmış intriqanın qurbanı olub.

Bu sözləri Axar.az-a “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid şair-yazar Murad Köhnəqalanın dünən Tovuz Rayon Məhkəməsinin qərarı ilə birinci ailəsindən olan uşaqlarına 12 min manat məbləğində yığılıb qalmış alimenti ödəyə bilmədiyi üçün 15 sutka həbs edilməsi haqda danışarkən deyib.

R.Məcid bildirib ki, hazırda onun xanımına Azərbaycan Prezidenti tərəfindən gənc yazarlar üçün nəzərdə tutulmuş təqaüd - aylıq 200 manat pul verilir:

“Murad Köhnəqala iki qadın arasında qalıb. Bu iki qadının arasında baş verən konflikti cəmiyyət və ictimaiyyət həll etmək iqtidarında deyil. Muradın ikinci həyat yoldaşı da yazardır. O, Azərbaycan Yazıçılar Birliyinə müraciət etmişdi. Onun xətrinə AYB-dən ona gənc yazarlar üçün nəzərdə tutulmuş 200 manat təqaüd ayrıldı.

Məndə olan məlumata görə, Muradın birinci həyat yoldaşı uşaqları ilə birgə Şüvəlan yaradıcılıq evində qalırdı. Ora da təmir olunduğu üçün boşaldılıb. Sakinlər binadan çıxarılıb. Ola bilər ki, bu səbəbdən Muradın birinci ailəsi evsizliklə üz-üzə qalıb və əlacsızlıqdan məhkəməyə müraciət edib. Ancaq həmişə belədir ki, insanlar maddi sıxıntı yaşayanda günahı bir-birində görür”.

R.Məcid bildirib ki, bu cür duruma düşdüyü üçün günah M.Köhnəqalanın özündədir:

“Murad Köhnəqalanı hamı yaxşı tanıyır və müxtəlif yerlərdə də işləyib həmişə. Məncə, Murada hər kəs kömək edərdi, işlə də təmin edərdi onu. Günah onun özündədir ki, iki qadın arasında qalıb. O, iki qadının konfliktinin qurbanıdır. Başqa heç bir şeyin qurbanı deyil. Gərək özü həyatını düz quraydı ki, bu gün belə vəziyyətə düşməyəydi”.

Xalq şairi Sabir Rütəmxanlı isə hesab edir ki, Murad Köhnəqalanın alimentə görə həbs edilməsi absurd bir məsələdir:

“Aliment verə bilmədiyinə görə həbs edilən adam bu pulu indi necə ödəyəcək? Həbsdən ödəyəcək alimenti? Birinci ailədən olan uşaqlara aliment ödəyə bilmədiyi üçün atanı həbsə atıb digər körpəsini də pis vəziyyətdə buraxırlar axı. Nəzərə almaq lazımdır ki, bu insan işsizdir.

Əlbəttə, Murad himayəsində olan uşaqlarının hamısına baxmağa borcludur. Bu, onun atalıq borcudur. Necə olursa olsun, iş tapmalı və alimentini ödəməli idi. Ancaq ödəyə bilməyibsə, onu həbs etmək lazım deyil. Hamımızı Muradın taleyi narahat edir ki, belə bir istedadlı insan işsizdir. Mən bu səviyyədə bir jurnalistin, yazarın həbs edilməsini qəbullana bilmirəm, soyuqqanlılıqla qarşılaya bilmirəm”.

S.Rüstəmxanlı bildirib ki, Murad Köhnəqala istedadlı insandır, ona hər yerdə iş tapılar:

“Ancaq şikayət edirdi ki, yüksək maaşa işə dəvət edirlər, ancaq işləyəndən sonra çox az pul verirlər. Muradı həbs etmək əvəzinə ona daimi bir iş tapmaq olardı. Yüksək ədəbiyyat təhsili almış, dünya mədəniyyətindən və ədəbiyyatından kifayət qədər məlumatlı, çox mükəmməl yaradıcılığı və qələmi olan bir adama bu ölkədə iş tapılmaması anlaşılmazdır. Murad vicdansız biri deyil. Onu qane edən, əməyinin qarşılığını verə biləcək bir iş yeri olsaydı, o, mütləq çalışardı və övladını alimentdən məhrum etməzdi. Alimenti ödəyə bilməməsi onun pulsuzluğundan irəli gəlir, vicdansızlığından yox”.

Jurnalist Jalə Mütəllimova isə bildirib ki, M.Köhnəqala birinci ailəsindən boşananda aliment barədə düşünərdi:

“Murad Köhnəqalanı sevirəm. Amma arvad boşayanda gərək alimenti necə ödəyəcəyini də düşünə kişi. Çünki uşaq dünyaya gətirmək hələ işin yarısıdır. Ona görə “Murad tutuldu” deyəndə, “dəhşət”, “biabırçılıq”, “vay-vay” kimi əlavələr edib məsələni şişirtmək lazım deyil. Adam 12 min alimenti ödəməyib.

Arzu edirəm ki, ortaq məxrəcə gəlib razılaşsınlar. Murad bundan sonra alimenti ödəsin. Bu günə qədər yığılıb qalan 12 min manatı onsuz da ödəyə bilməyəcək. Azərbaycanda bir yazarda o qədər pul hardandır?! Ancaq heç olmasa, bundan sonrakı alimenti ödəsin”.

Qeyd edək ki, tanınmış yazar M.Köhnəqala 12 min manat miqdarında yığılmış alimenti ödəyə bilmədiyi üçün 15 sutkalıq inzibati həbs cəzası alıb.

Tarix
2019.06.13 / 17:23
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

HDQ-nin hərbi hissəsinin yaranması günü - Video

Bakı ilə sülh qısa zamanda imzalanmalıdır - Ərdoğan

ABŞ-ın İrəvandakı səfirindən Bakı ilə razılaşmaya reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla